Modern.az

“Hesablama Palatası dövlət siyasətinə zidd mövqe nümayiş etdirir”- Deputatdan İTTİHAM

“Hesablama Palatası dövlət siyasətinə zidd mövqe nümayiş etdirir”- Deputatdan İTTİHAM

1 Dekabr 2016, 13:11

“Hesablama Palatası dövlət siyasətinə uyğun olamayan və zidd mövqe nümayiş etdirir”.


Modern.az-ın xəbərinə görə, bunu millət vəkili Bəxtiyar Əliyev parlamentdəki büdcə müzakirələri zamanı deyib. Deputat bildirib ki, Hesablama Palatasının rəyi onda təəccüb doğurur:


“Hesablama Palatasının rəyinə qulaq asdım və mənim üçün orada dövlət siyasətinin ziddinə olan fikirlərə rast gəldim. Bu da ondan ibarətdir ki, elm və təhsil ocaqlarının əmlak və mənfəət vergisinə cəlb olunması ilə bağlı təkliflər öz əksini tapıb. Doğrusu bu, məndə təəccüb doğurdu. Bu gün ölkə başçısı başda olmaqla hamımız istəyirik ki, ölkədə müasir texnologiyalara malik təhsil ocaqlarına, elmin inkişafına nail olaq. Biz daha çox elm sahəsinin inkaşafa və bunun nəticəsində ölkəmizdə müasir standartlara uyğun olan məhsulların və avadanlıqların istehsalına nail olmağa çalışırıq. Buna ona görə nail olaq ki, daha hər avadanlıqdan ötrü xarici ölkəyə sifariş verməyək, öz alimlərimizin ixtirası ilə istehsal olunan məhsullardan istifadə edək. Məhz buna görə də ölkə başçısı xaricdən satınalmalara qadağa qoyub.

Milli Məclis bir nəzarət qurumudur və Hesablama Palatası da ona tabe olan təşkilat kimi belə həssas məsələlərə diqqət yetirmək əvəzinə, biz başqa bir hadisənin şahidi oluruq. Hesab edirəm ki, Hesablama Palatasının bu mövqeyi dövlət siyasəti ilə uyğunluq təşkil etmir. Əksinə, biz elmə daha çox vəsait ayırıb, onun inkişafına nail olmalıyıq”.

Deputat bildirib ki, büdcədə vergi qanunvericiliyini pozması nəticəsində  90 milyon manatın daxil olması kiçik və orta sahibkarlığın fəaliyyətinə və onların inkişafına maneçilik yaradacaq: “Əslində bununla kiçik və orta sahibkarlığın fəaliyyətini kölgə altına almış oluruq. Onda büdcədə gərək yol hərəkəti qaydalarını pozanları, meşə qıranlar və digər sahələrində cərimələrlə bağlı proqnozlar da büdcəyə salınsın. Bu cür proqnozlaşdırma düzgün yanaşma deyil. Biz kiçik və orta sahibkarlığın inkişafını təşviq etmək əvəzinə, belə metodlardan istifadə etməyimiz onların fəaliyyətinə maneədir, əksinə biz onların fəaliyyətini təşviq etməklə bu sahənin inkişafına nail olmalıyıq”. 

 




Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir