Modern.az

Nazir universitetlərin vergiyə cəlb olunmasına qarşı ÇIXDI

Nazir universitetlərin vergiyə cəlb olunmasına qarşı ÇIXDI

1 Dekabr 2016, 13:23

Maliyyə naziri Samir Şərifov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin vergiyə cəlb olunması ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təklifinə münasibətini açıqlayıb.

 

Modern.az-ın xəbərinə görə, 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı nazir bildirib ki, bu məsələ hökumət qarşısında da qaldırılıb:

 

“Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutulmur. Adambaşına maliyyələşmə ilə bağlı mütərəqqi iş görülüb. Dövlət ali təhsil müəssisələri tərəfindən səmərəli işlər görülür. Bu, o demək deyil ki, biz ali təhsil müəssisələrini vergiyə cəlb etməliyik.

 

Digər ölkələrdə də ali təhsil müəssisələri qeyri- kommersiya qurumları kimi fəaliyyət göstərir. Hesab edirik ki, təhsil haqlarından toplanan vəsaitlər ali təhsil müəssisələrinin idarə olunmasına və inkişafına yönəlməlidir.

 

Vəsaitlərdən düzgün və səmərəli istifadə olunması baxımından ali təhsil müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Müəyyən əhali kateqoriyalarına güzəştlərin edilməsi məsələsi də ali təhsil müəssisələrinin sərəncamına verilə bilər”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?