21 fevral 2017, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda “dollar cinayəti”ni törədənlər...
Azərbaycanda “dollar cinayəti”ni törədənlər...
01.12.2016, 13:46

Mərkəzi Bank manatın “üzən məzənnə”yə keçdiyini elan etsə də, hələ də inzibati metodlarla milli valyutaya təsir etməkdə davam edir. Əgər həqiqətən də “üzən məzənnə” siyasəti yürüdülsəydi, baş bank hər gün məzənnə elan etmək lüzumunda bulunmazdı. Dekabrın 1-nə elan edilən USD/AZN rəsmi məzənnəsi 1,7318 manat səviyyəsində müəyyən olunub. Bu, rəsmi məzənnədə belədir. Çünki kommersiya banklarının böyük çoxluğu dollar satmır, satanlar isə müəyyən olunmuş məhdud məbləği aşmır. Məhz bunun fonunda “qara bazar” canlanmaqda davam edir. “Qara bazar”da 1 dollar 1.80-1.90 manat arasında dəyişir. Rəsmi qurumlar isə “qara bazar”ı bağlamaq üçün hər hansı addım atmır. Beləcə ölkədə dollar "cinayət”i tüğyan etməkdə davam edir.

 

“4 faizlik marja gözlənilmir”

 

İqtisadçı Samir Əliyev Modern.az-a deyib ki, ölkədəki böhranlı vəziyyətə təzyiq yaradan mexanizmlərdən bir də “qara bazar”dır:

 

“Ona görə problem yaradır ki, əksəriyyət dolları “qara bazar” vasitəsilə satdırmağa üstünlük verir. Dollar “qara bazar”a havadan gəlmir, ayrı-ayrı banklar tərəfindən yönəldilir. Bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən 4 faiz marja tətbiq edilir. Yəni ayrı-ayrı banklar Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən ən çoxu 4 faiz baha sata bilərlər. Bu gün “qara bazar”da həmin hədd keçilir.

 

Ona görə də banklar və ayrı-ayrı şəxslər öz dollarlarını “qara bazar”a yönəldirlər. Elə insanlar var ki, bankdan aşağı məzənnə ilə dollar alıb, “qara bazar”da yüksək məzənnə ilə satır. Bunların hamısı spekulyatorlardır. Bunlar dövri olaraq ayrı-ayrı ölkələrdə baş verir, o cümlədən də bizdə. Böhranlı vəziyyətlərdə ayrı-ayrı sahələrdə sui-istifadə halları da artır”.

 

“Ölkədən külli miqdarda dollar çıxarılır”

 

Mütəxəssis bildirib ki, çıxış yolu hökumətin “qara bazar”ın qarşısını almasından keçir:

“Dollar qıtlığının aradan qaldırılması üçün ölkəyə dollar axını artırılmalıdır. Heç olmasa, fundamental tədbirlər görülməlidir. Hazırda hökumət tərəfindən hansısa addımlar atılması nəzərdə tutulub. Amma bunun da effekt verməsi təqribən 2-3 il tələb edir. 

Digər tərəfdən, yalnız dollar alıb-satanlar yox, eyni zamanda bir sıra məmur təbəqəsi var ki, əllərində olan manatı “qara bazar” vasitəsilə dəyişərək ölkədən çıxarır. Hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir. Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir”.

Hüquq-mühafizə orqanları “qara bazar”ı niyə görmür?...

S.Əliyevin sözlərinə görə, “qara bazar”ı idarə edənlər də məhz məmurlardır:

“Mən əminəm ki, ayrı-ayrı sahibkarlar, vəzifədə olan məmurlar “qara bazar”ın saxlanmasında maraqlıdırlar. Baxın, sadə vətəndaş istədiyi vaxt “qara bazar”a daxil olub dollar ala bilirsə, necə olur ki, hüquq-mühafizə orqanlarının bundan xəbəri yoxdur? Demək, burada maraqlı qüvvələr var”.

 

Gülşən RAUFQIZI

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
21.02.2017, 00:54

Azərbaycanlı Rusiya Millətlərarası Münasibətlər Şurasının eksperti oldu

21.02.2017, 00:43

Gənc dənizçi gəmidə baş verən yanğında ölüb

21.02.2017, 00:30

Xırdalanda yanğın: 17 nəfər təxliyə olunub

21.02.2017, 00:12

Bu gün su çərşənbəsidir

20.02.2017, 23:57

“Münaqişə daimi təhlükə və qeyri-sabitlik mənbəyidir”

20.02.2017, 23:43

Masallı-Yardımlı yolunda torpaq sürüşməsi

20.02.2017, 23:28

Hindistanlı gənc dəfnə aparılarkən dirildi

20.02.2017, 23:15

İqdırdakı qəzada ölənlərdən biri tələbə olub

20.02.2017, 22:58

Gömrükdə aksiz markasız 4400 ədəd siqaret aşkarlandı

20.02.2017, 22:47

Rəsmilər İqdırda qəzaya düşən vətəndaşlarımıza baş çəkdi

20.02.2017, 22:28

Gülənlə  əlaqədə ittiham olunan daha 227 hakim işdən azad edilib

20.02.2017, 22:16

Kişilər niyə keçəlləşir? – Alimlərdən yeni CAVAB

20.02.2017, 22:14

Bakıda xəstənin qollarını çarpayıya bağlayıblar - Video

20.02.2017, 21:59

“Qaradağlıda soyqırımı törədənlər Ermənistanda vəzifədədirlər”

20.02.2017, 21:43

İqdırdakı qəzada ölən 3-cü azərbaycanlının adı açıqlandı - Yenilənib

20.02.2017, 21:35

Rusiyanın BMT-dəki nümayəndəsi öldü

20.02.2017, 21:26

Qadın sərhəddi keçmək üçün çemodana girdi

20.02.2017, 21:13

Bir ildə erkən nikahla bağlı 17 fakt

20.02.2017, 21:08

Putinə Trampın psixoloji porteti haqda dosye təqdim olunub

20.02.2017, 21:03

Amerika Fətullah Güləni təhvil verə bilər

20.02.2017, 20:51

Xəzərdə üzən təmizləyici stansiya yaradılır

20.02.2017, 20:37

İran İraqı birgə mübarizəyə çağırır

20.02.2017, 20:26

“Gürcüstan Dağlıq Qarabağıdakı referendumu tanımır”

20.02.2017, 20:12

Prezidentdən turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam 

20.02.2017, 20:00

Kibertəhlükəsizlik məsələləri müzakirə edilib

20.02.2017, 19:41

Yaponiya səfiri Azərbaycanı tərk edir

20.02.2017, 19:04

Ağdamda məsciddən oğurluq edilib

20.02.2017, 18:35

Zaqatalada ev sahibi yanaraq öldü

20.02.2017, 18:22

Akif Çovdarovun səhhəti pisləşdi, məhkəmə yarımçıq saxlanıldı

20.02.2017, 18:14

Neft kəmərində partlayış: 1 ölü, 3 yaralı

20.02.2017, 18:02

ADU-da İslam Həmrəyliyi Oyunlarına həsr olunan görüş keçirilib

20.02.2017, 18:00

Azay Quliyev Vyanaya gedir

20.02.2017, 17:50

İşləməyən köçkünlərin "əməkhaqları" kəsilib

20.02.2017, 17:36

“Aztelekom” təhlükəsiz internet xidmətinin tətbiqinə başladı – viruslardan müdafiə

20.02.2017, 17:32

Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edəcək

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(1.34%)
Hacı Sabir Həsənli(1.01%)
Hacı Fuad Nurullayev(0.33%)
Vasim Məmmədəliyev(1.68%)
Rafiq Əliyev(1.68%)
Hacı İlqar İbrahimoğlu(5.72%)
Hacı Şahin Həsənli(79.4%)
Elşad Miri(8.75%)