Modern.az

OPEK-in tarixi RAZILAŞMASI: Azərbaycan nə edəcək?

OPEK-in tarixi RAZILAŞMASI: Azərbaycan nə edəcək?

1 Dekabr 2016, 16:07

OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflər neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmağa razı olublar.

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a deyib ki, Azərbaycan da növbəti il üçün hasilatı azaldacaq:

 

“Hökumətin 2017-ci il üçün büdcə paketində neft hasilatını azaltması ilə bağlı məsələ öz əksini tapıb. Gələn il üçün Azərbaycan hökuməti neft hasilatını gündəlik olaraq 30 min barrelə qədər azaltmağı planlaşdırır”.

İ.Şaban bildirib ki, hasilatın azaldılması ilə neftin qiymətlərində 20 faizlik artım proqnozlaşdırılır:

 

“Bu gün Azərbaycanda gündəlik olaraq təqribən 840 min barel neft hasil edilir.  Hasilat azaldıqdan sonra gündəlik olaraq 810 min barel neft çıxarılacaq.

 

Dünya bazarında cari illə müqayisədə neftin gələn il üçün qiymətlərinin 20 faiz artırılması pronozlaşdırılır”.

 

Neftin qiymətlərinin qalxmasının Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, mütəxəssis deyib ki, bu, hökumətin atacağı addımlardan asılı olacaq:

 

“Hökumət nə qədər effektiv işləsə, bu, əhalinin həyat və şəraitinin yaxşılaşmasında öz əksini tapacaq”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir