Modern.az

Azərbaycan idmana ayırdığı vəsaiti ARTIRIR

Azərbaycan idmana ayırdığı vəsaiti ARTIRIR

İqtisadiyyat

2 Dekabr 2016, 11:42

“2017-ci ildə dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə ümumilikdə 34 milyon manat ayrılacaq”.

 

Modern.az-ın xəbərinə görə, bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn il gənclər və idman siyasəti sahəsinə ayrılacaq vəsait ötən ildəkindən çoxdur.

Samir Şərifov eyni zamanda gələn il ölkədəki idman komplekslərinə ayrılacaq vəsaitin də həcmini açıqlayıb:

 

“Gələn il idman komplekslərinin saxlanılmasına isə 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.

 

Samir Şərifov 2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılan qurumun adını da açıqlayıb: “2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılacaq qurum Prezident yanında Gənclər Fondu olacaq. Belə ki, Gənclər Fonduna gələn il üçün cəmi 1 milyon manat ayrılacaq”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı