30 may 2017, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Övladlarımızdan niyə utanırıq - ETİRAF  
Övladlarımızdan niyə utanırıq - ETİRAF  
02.12.2016, 12:40

Eldəniz Elgün


Qızım Leyliyə


Leyli, bu gün sənin kimi minlərlə balanın doğum günüdür və minlərlə valideyndən biri kimi mən də buna sevinirəm. Amma... minlərlə valideynin adından belə övladlar qarşısında – şəxsən mən sənin qarşında bəzi etiraflar etmək istəyirəm. Sən və bacın Aysu və yaşıdlarınız hələ doğulmamışdılar. Biz valideynlər isə yeniyetməlikdən gəncliyə keçid etmişdik və cibimizdəki sovet pasportunu bir kənara atıb meydanlara qaçmışdıq. Azərbaycanın müstəqil dövlət olması üçün. Sizlər doğulanda müstəqil bir ölkənin pasportunu gəzdirməyiniz üçün. Düzdür, sovetlər dönəmində məmur balası ilə aramızda heç bir fərq olmazdı, yaxşı oxuyanda dövlət hesabına yay düşərgələrinə göndərilərdik. Amma yenə də hesab edirdik ki, müstəqil olandan sonra övladlarımız bunun beş qatına layiq olacaqlar. Düzdür, müstəqil olmağımıza görə peşman deyilik. Amma... keçək etiraflara.

Leyli qızım, bizim valideynlərimiz övladları qarşısında heç vaxt utanc hissi keçirtmirdilər. Çünki istədiyimizi verə bilirdilər. Amma biz valideynlər siz övladların yanında utanc hissi keçirtməyə məcburuq. Çünki istəklərinizin cüzi bir qramını belə sizlərə verə bilmirik. İlk dəfə bunu 3 yaşın olanda hiss elədim. Mağazaya girdik və sakitcə hər şeyə baxıb dedin: “Ata, bizim pulumuz var?”. Hiss etdim ki, mağazada hansısa böyük oyuncaq xoşuna gəlib. Gülüb, istədiyini almağı tapşırdın. Sevindin. Amma yenə də bir neçə xırda oyuncaqla kifayətləndin. Çünki inanmadın ki, bizim çoxlu pulumuz var. Bax onda ilk dəfə övlad qarşısında utandım.

Leyli qızım, indi biz ataların əksəriyyəti övladları qarşısında utanırlar. Hətta adını çəkmək istəmədiyim dostlarımdan biri gecə saat 12-yə qədər şəhərdə gəzişməyimizi istədi. Uzun-uzadı dilə tutandan sonra etiraf elədi ki, oğlundan utandığı üçün 10 gündür ki, gecə saat 12-də evə gedib, səhər uşaq oyanmamış evdən çıxır. Çünki oğlu velosiped istəyib, onun velosiped almağa hələ pulu yoxdu. Oğlundan utanır.

Leyli qızım, indi biz ataların əksəriyyəti övladlarından utanır. Çünki ən adi ehtiyaclarınızı bəzən təmin edə bilmirik. Yadıma gəlir. Sinif yoldaşın və qonşumuz olan dostunun “bəxti” gətirdi və atası qonşuluqdakı yeni binada işıqlı, geniş mənzil aldı. Sən bir həftə evə gələndə o binaya baxa-baxa “ata, öz otağım olsa onu elə qəşəng bəzəyəcəm” deyirdin. Yolla gedəndə çalışırdın ki, başını qaldırıb hansısa mağazaya baxmayasan. Bilirdin ki, diqqətim səndədi.

Leyli qızım, hələ bir neçə il bundan öncə idi. Ayaqqabımın altı evə gələndə yırtılmışdı. Səhər yuxudan qalxdım ki, Aysu və anan sənin üstünə çığırırlar ki, adam ayaqqabını öpməz. Sən isə gülürdün. Və sonra təklikdə olanda dedin ki, ata ona görə ayaqqabının altını öpdüm ki, oradan ayağına su keçməsin. Su keçmədi də... Çünki ata sevgisi ilə yanaşı, övlad sevgisi də bir başlanığıcdır.

Bax belə, Leyli qızım. Amma bu həyatda yaşamağa dəyər. İstədiyimizi edə bilməsək də sevinə-sevinə sənin, Aysunun “ata, yeni hekayə yazmışam” deməyiniz mənim üçün milyonlara bərabər olur. Mən isə sizdən, sadəcə olaraq sonsuz ata sevgisini bir qram belə əsirgəmirəm və utancaqlığımı yalnız bununla yumağa çalışıram. Həyat isə davam edir və yaxşı ki, müstəqil məmləkətdə yaşayırıq.

Qızım Leyli və bu gün doğum günü olan bütün övladlar! Sizləri təbrik edirəm və bu etirafım minlərlə atanın bir etirafı kimi qəbul oluna bilər.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.05.2017, 01:02

Moskvada güclü qasırğa: 11 ölü, 137 yaralı, Yenilənib

30.05.2017, 00:43

PKK bazaları bombalandı

30.05.2017, 00:29

"Rusiya Moldovaya lazımi cavab verəcək" - İqor Morozov

30.05.2017, 00:14

Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır

29.05.2017, 23:56

Vəba Yəməndə 500 insanın həyatına son qoydu

29.05.2017, 23:43

Türkiyədə qəzet redaktoru öldürülüb

29.05.2017, 23:27

Meyxanaçı Aydın Xırdalanlı tanınmaz hala düşüb - Foto

29.05.2017, 23:13

Şərikli tikilən binada yaşamağın cəzası - VİDEO

29.05.2017, 22:57

Prezidentlə hökumət arasında qarşıdurma

29.05.2017, 22:43

Sərxoş məktəb direktoru qəza törətdi

29.05.2017, 22:28

Fahişəxanaların “sevimli qonağı”, atasının məşuqəsinə tamah salan 35-ci prezident - MARAQLI

29.05.2017, 22:23

Çayın sayın BİLMƏK VACİBDİR

29.05.2017, 22:16

Süni əti təbii ətdən necə fərqləndirməli? - VİDEO

29.05.2017, 21:59

Makron Putinlə razılaşdı - Yenilənib

29.05.2017, 21:35

“Barselona”nın yeni baş məşqçisi məlum olub

29.05.2017, 21:24

Moldova 5 rusiyalı diplomatı ölkədən çıxarıb

29.05.2017, 21:08

Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim oldu

29.05.2017, 20:35

İraqda neft yatağında partlayış

29.05.2017, 20:09

Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf edib 

29.05.2017, 19:56

"ATƏT PA çərçivəsində ən yaxşı təcrübələrimizi bölüşməyə hazırıq" - Azay Quliyev

29.05.2017, 18:05

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29.05.2017, 17:21

Suriyada 17 kənd terrorçulardan azad edilib

29.05.2017, 17:00

““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” – Əli Həsənov

29.05.2017, 16:27

Gənc Azərbaycan pianoçusu Kremldə çıxış edib

29.05.2017, 16:11

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

29.05.2017, 16:02

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29.05.2017, 15:48

Elmar Məmmədyarov Kolumbiyaya getdi

29.05.2017, 15:25

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

29.05.2017, 15:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

ARXİV