Modern.az

“Manata inam bərpa olunmalıdır”

“Manata inam bərpa olunmalıdır”

2 Dekabr 2016, 12:48

“2017-ci ilin dövlət büdcə layihəsi dünyada gedən qlobal və maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində əldə olunan naliyyətlər zəminində tərtib edilib”.

Modern.az-ın xəbərinə görə, bu barədə 2017-ci il üzrə dövlət büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Deputat bildirib ki, bu gün əsas vəzifəmiz manata olan inamı bərpa etməkdir: “Biz də millət vəkilləri olaraq gələn ilin dövlət büdcəsini dəstəkləyirik. İnanırıq ki, bu dünyadakı mövcud iqtisadi problemlər, maliyyə böhranları tez bir zamanda aradan qalxacaq. Biz hər birimiz ilk öncə əsas vəzifə kimi Azərbaycan manatına inamın bərpa olunmasını nəzərdən keçirməliyik. Manata inamın bərpa edilməsi hökumətin ən vaxın istiqamətlərindən biri olmalıdır. Bu gün maliyyə bazarlarında gedən proseslərin texniki səbəbləri də var. Eyni zamanda bunun mənəvi məsələləri də var. Maliyyə bazarındakı proseslərin mənəvi tərəfi də təbii ki, manatımıza olan inamla bağlıdır. Qardaş Türkiyədə gedən proseslər onu göstərir ki, bu qlobal prosesin arxasında müəyyən siyasi məqamlar durur. Düşünürəm ki, bizim büdcəmiz bu baxımdan balanslaşdırılıb. Hesab edirəm ki, sosial yönümlü büdcəmizin əsas parametrləri saxlanılıb. Bu çox vacib məsələdir”.

Fuad Muradov gələn il üçün 33 rayonun dotasiyasının kəsilməsi fonunda cəbhə bölgəsindəki rayonların vəziyyəti məsələsinə də toxunub: “Məsələn, Naxçıvan Muxtar Respublikasının büdcəsi azalmayıb. Samir müəllim Azərbaycanda gələn il üçün 33 rayonda dotasiyaların kəsilməsi ilə bağlı fikirlərini söylədi. Mən bilmək istəyirəm ki, bu baxımdan bizim cəbhəyanı rayonlarımızdakı vəziyyət necədir? Çünki mənfur düşmənimiz tərəfindən cəbhədəki rayonlara hələ də təzyiqlər var. Bu baxımdan bizim müdafiə və təhlükəsizlik xərclərimiz də azalmayıb. Bu azala da bilməz və çox müsbət haldır. Çünki ölkəmizin əsas və ən vacib problemlərindən biri də işğal altında olan torpaqlarımızdır. Gənc nəslin də vətənpərvərlik ruhunda böyüməsi üçün biz bu istiqamətdə işlərimizi də davam etdirməliyik”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan öz üzərinə götürdüyü xarici öhdəlikləri də mütləq yerinə yetirməlidir: “Eyni zamanda çox müsbət haldır ki, Azərbaycanın xarici öhdəlikləri də vaxtı-vaxtında həyata keçirilir. Bu da çox vacib və müsbət haldır. Çünki xarici öhdəliklərin vaxtında ödənilməsi yalnız prestij məsələsi deyil. Eyni zamanda bu maliyyə institutlarının ölkəyə olan əsas inamıdır.

Bu ölkəyə olan inam olmasa bizim böyük layihələrimizin həyata keçirilməsində problemlər yaradar.

Cənub Qaz Dəhlizi istiqamətində böyük layihəmiz hazırda icra dövründədir. Maliyyə korporasiyalarının Azərbaycana olan inamı çox vacibdir. Müsbət hal kimi xüsusi vurğulamaq istəyirəm ki, son illərdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, lisenziyaların aradan qaldırılması - bunlar hamısı müsbət hallardır. Bu işlər davam etdirilməlidir”.

Fuad Muradov deyib ki, gələn il üçün gənclər və idman siyasəti sahəsinə ayrılan büdcəyə yenidən baxıla bilər.

Komitə sədri eyni zamanda Gənclər Fonduna ayrılan maliyyə vəsaiti məsələsinə də toxunub: “Gənclər və idman siyasəti sahəsində bizim xərclərimiz azalmayıb. Amma ümumilikdə çoxalma olmasa da yəqin ki, bu sahəyə bir də baxıla bilər. Çünki Gənclər Fondu ilə bağlı məsələyə də aydınlıq gətiriləcək. Gənc nəslin vətənpərvər ruhda böyüməsi, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində görülən işlər çox vacibdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri dövlət siyasəti olaraq Azərbaycan gənclərinin müstəqillik və dövlətçilik ruhunda böyüməsidir. Bu baxımdan ölkədə gənclər sahəsinə qoyulan sərmayə digər istiqamətlərə qoyulan sərmayələrdən bəlkə də daha vacibdir. Maliyyə Nazirliyinin həyat keçirdiyi islahatları da vurğulamaq lazımdır. Ümumilikdə manatı xilas etməık üçün bütün dövlət qurumları səfərbər olmaldır”.


F.Muradov qazən və işığın qiymətilə bağlı Tarif Şurasının qərarından da danışıb.

“Tarif Şurasının qazın və işığın qiymətlərini diferensiallaşdırması burada həmin vəsaitin büdcəyə daxil ediləcəyi fikirləri kimi səsləndirildi. Yəqin ki, biz bunu daha konkret olaraq ilin ortasında bilcəyik”.

Komitə sədri ölkədə qazın və işığın qiymətlərinin Tarif Şurası tərəfindən diferensiallaşdırmasına bu cür münasibət bildirib:

“Əgər həmin qurumlar yeni qiymətlərlə bağlı iş üsuluna keçəcəklərsə, təbii ki, bu qiymətlərin artımı çox məntiqli və vaxtında atılan addımdır. Bu qurumlar mütləq olaraq bu islahatlara getməlidirlər. Təəssüflər olsun ki, bəzi qurumlar 3, 4 və 5 il bundan qabaqkı istiqamət və sxemlərlə işləyirlər. Qiymətlərin qaldırılması xüsusilə dövlət şirkətlərində olmasa, onlar öz maliyyə vəziyyətlərini düzəltməsələr, bu məsələlər hər zaman açıq qalacaq. Bizim komitə üzvlərimizi büdcə layihəsini dəstəkləməyə çağıraram və inanıram ki, bu çətinlikləri ölkə prezidenti cənab İlham Əliyevin başçılığı altında bütün qarşımızda olan məsələləri həll edəcəyik”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı