Modern.az

Nizami Süleymanov yaddaşlarda necə qaldı...

Nizami Süleymanov yaddaşlarda necə qaldı...

2 Dekabr 2016, 13:04

Bu gün Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov 71 yaşında dünyasını dəyişib.

Bəs Nizami Süleymanov onu tanıyan şəxslərin yaddaşında necə bir insan kimi qalıb?

Modern.az saytı məsələ ilə bağlı Pənah Hüseyn və Mübariz Əsgərovun fikirlərini öyrənib.

 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynov Nizami Süleymanovu 1980-ci illərin sonundan tanıdığını deyib.

“ Azərbaycanın o dövründən başlayaraq, 2000-ci illərə qədər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Siyasi baxışlarımız arasında və  hadisələrə münasibətdə üst-üstə düşməyən məqamlar daha çox olub. Amma buna baxmayaraq, zaman-zaman, xüsusən də 1980-ci illərin sonunda Azərbaycan Xalq Cəbhəsinin (AXC) , 1990-cı illərdə müxalifətin keçirdiyi tədbirlərdə iştirak edib. Mən onunla ünsiyyətdə olmuşam. Sonradan isə Nizami Süleymanovun hadisələrə olduqca satirik və özünəməxsus münasibətlərinin aşkar olunduğu verlişlər efirə getdi. Mən hesab edirəm ki, Nizami Süleymanov cəmiyyətin və mənim yaddaşımda televiziyada istifadə etdiyi sözləri ilə qalıb. Seçilən fiqurlardan biri idi”.

 

Vaxtilə ANS-in efirində yayımlanmış “Qulp” verilişinin müaəllifi Mübariz Əsgərov Nizami Süleymanovun onun yaddaşında gözəl insan və vətənpərvər bir şəxs kimi qaldığını bildirib.

“O həm də çox savadlı alim idi. Bununla yanaşı, həm də çox yaxşı insan və dost idi. Nizami Süleymanov mənim ən çox hörmət etdiyim insanlardan biri olub. Allah ona rəhmət etsin!”.

Xatırladaq ki, akademik Nizami Süleymanov 1992-ci ildə keçirilən prezident seçkilərində 34% səs toplamaqla 2-ci yerə çıxmışdı.
"Qulp" verlişindən maraqlı yumoru ilə yadda qalıb.

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi