Modern.az

"Cəbhədə vəziyyət gərginləşəcək"

"Cəbhədə vəziyyət gərginləşəcək"

2 Dekabr 2016, 15:56

Cəbhədə vəziyyət gərginləşməkdə davam edir. Sülh danışıqlarının demək olar ki, dondurulması fonunda gərginliyin artması gələcək üçün nə vəd edir?

 

Məsələ ilə bağlı Modern.az-a hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib.

 

Üzeyir Cəfərov Ermənistan ordusunun sakitləşmək bilmədiyini deyib.

“Bu vəziyyət Ermənistan müdafiə nazirinin Moskvaya səfərindən sonra daha da gərginləşdi. Digər tərəfdən də Rusiya ilə Ermənistan arasında birgə qoşun yaratmaq haqqında sənəd imzalaması fonunda erməni təxribatlarının sayı bir qədər də artır. Cəbhə bölgəsində bu vəziyyət yaxın günlərdə daha da gərginləşəcək. Bunun başqa anlamı da yoxdur”.

 

Hərbi ekspert bildirib ki, ermənilər həm beynəlxalq qurumların susmasından həm də havadarlarının onları həvəsləndirməsindən bir qədər də ürəkləniblər.

 

“Amma Ermənistan rəhbərliyi son zamanlar Qarabağda baş verən hadisələrdən çox narahatdır. Digər tərəfdən də ordudakı ruh yükəkliyini artırmağa çalışırlar.  Bunun üçün Azərbaycanı hədələyirlər. Bir sözlə sarsaq-sarsaq  bəyanatlar səsləndirilər. Amma bu mümkün deyil. Ordumuz hər an döyüşə hazır vəziyyətdədir”.

 

Üzeyir Cəfərovun sözlərinə görə, bu gün ATƏT-in Minsk qrupunun da ən böyük arzusu ermənilərin əli ilə vəziyyəti daha da gərginləşdirməkdir.

“Onlar çalışırlar ki, vəziyyət həddindən artıq nəzarətdən çıxdıqdan sonra prezidentlərin görüşünü təşkil etsinlər. Amma bunu edə bilməyəcəklər.

 

Hərbi ekspert deyib ki, Azərbaycan Müdafiə Nazirliyi də düşmənlə qarşıdurma xəttində əməliyyat şəraitinin Silahlı Qüvvələrimizin tam nəzarətində olduğunu bildirib.

 

“Məsələ həqiqətən də belədir. Hətta noyabrın 30-da cəbhənin Martuni istiqamətində Ermənistan kəşfiyyat qrupu Azərbaycan silahlı qüvvələrinə qarşı təxribata əl atıb. Silahlı Qüvvələrimiz düşmənin təxribatına layiqincə cavab verib. Bu hadisədən sonra Ermənistan hərbi hospitalının baş həkimi də erməni əsgərlərin başından , qarın nahiyəsindən ciddi yaralar aldığını deyib. Bu da onu göstərir ki, Azərbaycan ordusu hər zaman düşmənə layiqli cavab verə bilər”.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri ilə təmas xəttində gərginliyin artması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Qeyd olunub ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır:

 

“Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”-deyə bildirilib.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi