Modern.az

Tarixin ən bahalı hədiyyələri – Brilliyant, yaxta, saray….

Tarixin ən bahalı hədiyyələri – Brilliyant, yaxta, saray….

Mədəni̇yyət

2 Dekabr 2016, 23:01

ABŞ-ın “Forbes” jurnalı dünya tarxinin ən bahalı 10 hədiyyəsinin reytinqini hazırlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məqalənin müəllifi avstraliyalı Kristian Barker 10 ildir ki, Sinqapurda yaşayır.

 

 

10. Səid Qutseriyevin 1 milyard dollar dəyərində toyu. 2016-cı ilin yayında baş tutan toy gənclərə valideynləri tərəfindən hədiyyə idi. Bir neçə ölkədə davam edən toy mərasimlərində Enrike İqlesias (1 milyon avro), Stinq (1,5 milyon avro), Cennifer Lopes (1,5 milyon avro) və Alla Puqaçeva (300 min avro) iştirak edib. Moskvada toy şənliyi Telman İsmayılovun tikdiyi “Safisa” şadlıq sarayında baş tutub,

 

9.XX əsrin əvvəllərində Evelin Uolş-Maklinə hədiyyə olunan brilliyant tarixdə ən bahalı hədiyyə sayılır. İlk brilliyant 94,8 qram olub və 120 min dollar dəyərində olub. İkinci brilliyantı isə o 3 il sonra 300 min dollara almışdı. Həmin brilliyantın dəyəri isə 300 min dollar olub.

 

8. 2008-ci ildə hindistanlı milyarder Anila Ambani öz həyat yoldaşı Tinaya 34 metr uzunluğunda “Tian” adlı yaxta hədiyyə etmişdi. Yaxtanın qiyməti 80 milyon dollara bərabər idi.

 

7.Böyük Moğol hökmdarı Cahan Şah öz həyat yoldaşının xatirəsinə Tac-Mahal kompleksini inaş etmişdi. Onun dəyəri müasir qiymətıə 827 milyon dollar təşkil edir.

 

6.Kinoaktyor Toni Berton 1 milyon dollar dəyərində 68 karatlıq brilliyantı həyat yoldaşı Elizabet Teylora Cartier hərracında hədiyyə almışdı.

 

5.Milyarder Roman Abramoviç öz həyat yoldaşı Darya Jukovaya rus rəssamı İlya Kabakov (onun 40 rəsm əsəri 60 milyon dollara) əsərlərini almışdı.

 

4. Milyarder Leonard Lauder 2003-cü ildə Nhyu-Yorkda Metropoliten muzeyinə 1,1 milyard dollar dəyərində sənət əsərləri hədiyyə etmişdi.

 

3.1917-ci ildə Nyu Yorkda yaşayan bankir Morton Blank öz həyat yoldaşına 150 min dollara zərgərlik məmulatı alıb.

 

2.Fransanın ABŞ-a müharibə dövründə (1776-1783) etdiyi 20 milyard dollarlıq yardım.

 

 

1.Böyük Britaniyanın kraliçası Viktoriyaya Hindistan racları tərəfindən təqdim olunan və dəyəri 1 milyard dollardan artıq olan “Koxinur” brilliyantıdır.

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?