Modern.az

Cavid Qurbanovun vəzifə verdiyi XANIM: “Yeniliklərim var”

Cavid Qurbanovun vəzifə verdiyi XANIM: “Yeniliklərim var”

3 Dekabr 2016, 11:12

Xəbər verdiyimiz kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi baş verib. Sədr Cavid Qurbanovun əmri ilə qurumun Mətbuat Katibliyi ləğv edilərək İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. N.Əzməmmədov isə Şöbənin nəzdində fəaliyyət göstərəcək Mətbuat xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

 

Şöbə rəisi S.Qədirova Modern.az-a açıqlama verib. O, bir ildən artıq müddətdə “Azərbaycan Dəmir Yolları” QSC-da çalışdığını bildirib:

 

“Mən 2015-ci ilin may ayından etibarən qurumun Mətbuat Katibliyində çalışmışam. Sadəcə bu vəzifəyə yeni təyin olunmuşam”.

 

S.Qədirova bir çox yeniliklərinin anonsunu verib:

 

“Bir neçə yeniliklərim var, sadəcə indi açıqlamaq istəmirəm. Tədricən açıqlamalarım olacaq. Hələlik bu barədə nəsə demək istəmirəm.

 

Mən uzun illər televiziya sahəsində çalışdığıma görə jurnalistlərlə əlaqələrim genişdir və xoş münasibətlərimiz var. Bundan sonra da hər bir jurnalistlə qarşılıqlı anlaşma şəraitində fəaliyyətimizi quracağıq”.

 

O, eyni zamanda deyib ki, hələlik mətbuata açıqlamaları Nadir Əzməmmədov verəcək:

“Mən işlərimi yekunlaşdırdıqdan, tam adaptasiya olduqdan sonra özüm çıxacam mətbuata”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi