Modern.az

Türkiyə XİN rəhbəri Bakıdan Ermənistana xəbərdarlıq etdi

Türkiyə XİN rəhbəri Bakıdan Ermənistana xəbərdarlıq etdi

3 Dekabr 2016, 13:11

“Türkiyənin çətin vaxtlarında Azərbaycan prezidenti İlham Əliyevin bizə verdiyi dəstəyə görə ona təşəkkür edirik. Qardaşlıq çətin günlərdə üzə çıxır. Biz bunu heç zaman unutmayacağıq”.

 

Modern.az saytının məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbnaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Azərbaycan FETÖ terror təşkilatına qarşı mübarizəyə önəmli töhfələr verir.

 

Nazir deyib ki, Türkiyə Azərbaycanda FETÖ-yə qarşı keçirilən tədbirləri alqışlayır.

 

Türkiyə xarici siyasət idarəsinin rəhbəri TANAP layihəsinin Türkiyə üçün önəmindən də danışıb: "TANAP  bizim üçün vacib layihədir. Bu layihə ilə öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya çıxacaq”

 

 

M. Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O vurğulayıb ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır.

 

“ATƏT-in Minsk qrupu da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini gücləndirməlidir. Türkiyə də öz növbəsində ATƏT-in Minsk qrupu çərçivəsində hər cür köməkliyi göstərməyə hazırdır.

 

Rusiya xarici işlər naziri Sergey Lavrovla Alanyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat mübadiləsini etdik. Görüşdə vurğuladıq ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

 

Konfliktin  həll edilməsi məsələsində durğunluq  hiss olunur. Amma biz Rusiyanın son zamanlar etdiyi addımları dəstəkləyirik" -deyə o əlavə edib.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir