21 fevral 2017, Çərşənbə
Ana Səhifə - QARABAĞ - Ermənistan məhv olur, dövlətçiliyi çalxalanır
Ermənistan məhv olur, dövlətçiliyi çalxalanır
03.12.2016, 13:51

Ermənilərin qaçmasından almanlar dəhşətə gəliblər

 

Almaniyanın “Deutsche Welle” nəşri Ermənistanın ən böyük problemi – artıq böyüklüyünə görə təhlükəli xarakter alan beyin axını barədə reportaj hazırlayıb.

 

Modern.az-ın verdiyi xəbərə görə, reportajda qeyd edilir ki, Ermənistan əhalisinin sayı sürətlə azalır. Gedənlər Ermənistanın daha çox ehtiyacı olanlardır: məhz gənclər və yaxşı təhsil alanlar.

 

Onlardan biri, repotajın qəhrəmanı 26 yaşlı Anait Polşaya getməyə hazırlaşır, orada layihə üzərində işləməyə başlayıb.

 

“Mən vətənimi sevirəm, ancaq mənim qalmaq istəmədiyimi şərtləndirən bir neçə problem var”, - o deyir.

 

Anaitin sözlərinə görə, araşdırma mərkəzində işləməklə Ermənistanda həqiqətən öz karyeranda məqsədlərinə çata bilməzsən.

 

“Mənim dostlarım gediblər: onların yarısı Rusiyadadır, qalanları başqa ölkələrdədir. Mən burada tamamilə təkəm”, - o, qeyd edir.

 

Repotajın müəllifləri dəhşətə gələrək qeyd edirlər ki, son illər güclü mühacirət dalğası yaşanır, ölkəni tərk edən ermənilərin sayı dayanmadan artır.

 

Alman jurnalistlər həyəcan təbili çalırlar ki, ermənilərin ölkədən qaçışı Ermənistanı məhv edir, onun dövlətçiliyini daxildən çalxalayır.

 

Hətta BMT-nin əhali fondunun hesablamalarına görə, hər il Ermənistanı 40-50 min adam tərk edir.

 

Bu fondun ekspertləri iddia edirlər ki, Ermənistan əhalisinin yarıdan çoxu özlərinin və uşaqlarının bu ölkədə  gələcəklərini görmürlər.

 

1988-1991-ci illərdə ermənistanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan adamların öz vətənlərini həmişəlik tərk etmələrinin səbəbi nədir?

 

Sözün həqiqi mənasında səbəb çoxdur. Başlıcası, ildən-ilə yalnız pisləşən sosial-iqtisadi vəziyyətdir. Bu, hökumətə kimin rəhbərlik edib-etməməsindən qətiyyən asılı deyil. İşsizlik, inflyasiya, korrupsiya, inhisarçılıq, sözün əsl mənasında insanları Ermənistandan qaçırdır.

 

İkinci səbəb – təkcə ali məktəb məzunları üçün deyil, yüksək ixtisaslı mütəxəssislərə də perspektivin olmamasıdır. Onlar görürlər ki, Ermənistanda yüksək kabinetlərdəki qohumun olmadan yaxşı əmək haqqı ödəniləcək iş tapmaq, faktiki real deyil. Onlar xilas yolunu mühacirətdə görürlər.

 

Yeri gəlmişkən, digər ölkələrdə Ermənistandan olan mütəxəssislər – qızıla bərabərdirlər.

 

“Mühacirətin miqyasının həddindən artıq olması isə onunla nəticələnib ki, ölkədə iki sinif qalıb – yoxsullar və milyonçular. Orta sinif isə bir təbəqə kimi demək olar ki, tükənib, çünki başalrını götürüb Rusiya və Ukrayna, Avropaya, ABŞ-a, hətta nifrət etdikləri Türkiyəyə gediblər”, - jurnalistlər yazırlar.

 

Ermənistandan beyin axınını həm də cəmiyyətdəki ab-hava məcbur edir, çünki ildən-ilə yalnız pisləşir.

 

Küçələrdə adamların üzlərinə baxın – onların 99 faizi pessimizmə qapılıblar, düşünürlər ki, Ermənistanın iqtisadi gələcəyi yoxdur, deməli mütləq buradan çıxıb getmək lazımdır.

 

Mütləq onu da qeyd etmək lazımdır ki, hakimiyyətə yaranmış vəziyyət sərfəlidir.

 

Axı məhz o adamlar gedirlər ki, digər ölkələrdəki vəziyyətlə Ermənistandakı vəziyyəti müqayisə etmək və öz hüquqsuz vəziyyətlərini düşünməyə qadirdirlər.

 

Ağıllı adamlar həmişə hakimiyyətə çətin suallar verəcəklər, tənqidlər səslənəcək, küçələrə çıxacaqlar və nələrisə tələb edəcəklər. Deməli, onlardan qurtulmaq lazımdır.

 

Budur, Ermənistandakı rejim də bunu edir, çalışır ki, bu cür adamların ölkədən axını getdikcə çoxalsın.

 

Modern.az

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
21.02.2017, 00:54

Azərbaycanlı Rusiya Millətlərarası Münasibətlər Şurasının eksperti oldu

21.02.2017, 00:43

Gənc dənizçi gəmidə baş verən yanğında ölüb

21.02.2017, 00:30

Xırdalanda yanğın: 17 nəfər təxliyə olunub

21.02.2017, 00:12

Bu gün su çərşənbəsidir

20.02.2017, 23:57

“Münaqişə daimi təhlükə və qeyri-sabitlik mənbəyidir”

20.02.2017, 23:43

Masallı-Yardımlı yolunda torpaq sürüşməsi

20.02.2017, 23:28

Hindistanlı gənc dəfnə aparılarkən dirildi

20.02.2017, 23:15

İqdırdakı qəzada ölənlərdən biri tələbə olub

20.02.2017, 22:58

Gömrükdə aksiz markasız 4400 ədəd siqaret aşkarlandı

20.02.2017, 22:47

Rəsmilər İqdırda qəzaya düşən vətəndaşlarımıza baş çəkdi

20.02.2017, 22:28

Gülənlə  əlaqədə ittiham olunan daha 227 hakim işdən azad edilib

20.02.2017, 22:16

Kişilər niyə keçəlləşir? – Alimlərdən yeni CAVAB

20.02.2017, 22:14

Bakıda xəstənin qollarını çarpayıya bağlayıblar - Video

20.02.2017, 21:59

“Qaradağlıda soyqırımı törədənlər Ermənistanda vəzifədədirlər”

20.02.2017, 21:43

İqdırdakı qəzada ölən 3-cü azərbaycanlının adı açıqlandı - Yenilənib

20.02.2017, 21:35

Rusiyanın BMT-dəki nümayəndəsi öldü

20.02.2017, 21:26

Qadın sərhəddi keçmək üçün çemodana girdi

20.02.2017, 21:13

Bir ildə erkən nikahla bağlı 17 fakt

20.02.2017, 21:08

Putinə Trampın psixoloji porteti haqda dosye təqdim olunub

20.02.2017, 21:03

Amerika Fətullah Güləni təhvil verə bilər

20.02.2017, 20:51

Xəzərdə üzən təmizləyici stansiya yaradılır

20.02.2017, 20:37

İran İraqı birgə mübarizəyə çağırır

20.02.2017, 20:26

“Gürcüstan Dağlıq Qarabağıdakı referendumu tanımır”

20.02.2017, 20:12

Prezidentdən turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam 

20.02.2017, 20:00

Kibertəhlükəsizlik məsələləri müzakirə edilib

20.02.2017, 19:41

Yaponiya səfiri Azərbaycanı tərk edir

20.02.2017, 19:04

Ağdamda məsciddən oğurluq edilib

20.02.2017, 18:35

Zaqatalada ev sahibi yanaraq öldü

20.02.2017, 18:22

Akif Çovdarovun səhhəti pisləşdi, məhkəmə yarımçıq saxlanıldı

20.02.2017, 18:14

Neft kəmərində partlayış: 1 ölü, 3 yaralı

20.02.2017, 18:02

ADU-da İslam Həmrəyliyi Oyunlarına həsr olunan görüş keçirilib

20.02.2017, 18:00

Azay Quliyev Vyanaya gedir

20.02.2017, 17:50

İşləməyən köçkünlərin "əməkhaqları" kəsilib

20.02.2017, 17:36

“Aztelekom” təhlükəsiz internet xidmətinin tətbiqinə başladı – viruslardan müdafiə

20.02.2017, 17:32

Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edəcək

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(1.34%)
Hacı Sabir Həsənli(1.01%)
Hacı Fuad Nurullayev(0.33%)
Vasim Məmmədəliyev(1.68%)
Rafiq Əliyev(1.68%)
Hacı İlqar İbrahimoğlu(5.72%)
Hacı Şahin Həsənli(79.4%)
Elşad Miri(8.75%)