Modern.az

Məşhur alimdən SOS: "Bu, ictimai cəhətdən dağıdıcıdır"

Məşhur alimdən SOS: "Bu, ictimai cəhətdən dağıdıcıdır"

3 Dekabr 2016, 14:37

Məşhur fizik, professor Stiven Houkinq hesab edir ki, hazırda Yer planeti özünün ən təhlükəli vaxtına qədəm qoymaqdadır.

 

Modern.az saytının xəbərinə görə, Stiven Houkinq bu barədə “The Guardian” nəşrində yazdığı məqaləsində bildirib.

O, yazısında ali elitalarla və orta fəhlə sinfi arasında təbəqələşmənin dərinləşməsindən, miqrasiya və ekologiya problemlərindən söz açıb.

 

Alimin fikrincə, fabriklərin, iri müəssisələrin avtomatlaşdırılması, süni intellektin inkişafı iqtisadi bərabərsizliyə yol açır və gələcəkdə bu proses daha da sürətlənəcək.

 

“Bu amillər öz növbəsində dünyada artan iqtisadi bərabərsizliyi daha da sürətləndirəcək. İnternet və bu tipli müxtəlif platformalar çox az sayda insanın böyük gəlir qazanmasına gətirib çıxarır. Bu, elmi, texnoloji irəliləyişdir, amma ictimai cəhətdən də olduqca dağıdıcıdır”-deyə Houkinq bildirib.

 

Fizikin fikrincə, ən zəngin insanlar öz vaxtlarını telefonda, internetdə keçirirlər. Bu isə miqrasiya problemlərinin yaranmasına da gətirib çıxara bilir:

“Və budur, xarabalıq sakinləri “İnstagrama” baxır, miqrantların sayına qoşulur və daha yaxşı həyat axtarışı üçün yola çıxırlar. Bu miqrantlar öz növbəsində ölkələrin infrastrukturuna, itqisadi sistemlərinə yeni tələblərin gətirilməsinə səbəb olurlar”.

 

Professor ekoloji problemlərə də toxunub:

 

“Ekoloji problemlər, iqlim dəyişikliyi, qida məhsullarının istehsalı, planetdəki əhali çoxluğu, epidemiyalar, okeanların çirkələndirilməsi. Bütün bu problemləri həll etmək üçün yalnız birləşmək lazımdır. Mümkündür ki, yüz il sonra biz başqa planetlərdə koloniyalar yaradaq. Amma hazırda biz Yer kürəsini qorumaq üçün onunla əməkdaşlıq etməliyik”-deyə o çağırış edib.

 

Aqşin KƏRİMOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı