Modern.az

Əlli yaşında mən...

Əlli yaşında mən...

3 Dekabr 2016, 23:02

Mahir Qabiloğlu


Əlli yaşında mən, on yaşında sən…

Sən – yaşıl tumurcuq, mən – sarı yarpaq.

Əlimdən sürüşən ömürdən-gündən

Əlimdə-ovcumda bir sənsən ancaq.

 

 

2007-ci ilin fevralında atam Qabilin özünün tərtib etdiyi və ölümünün 40-cı günündə “dünyaya gələn” “Ömrün gecə qatarı” adlı kitabını mətbəəyə göndərmək ərəfəsindəydi. Adı xoşuma gəlmədi. Dedim ki, dəyiş.  Qoy “Oğlum Mahirlə söhbət”.  Özünün 50, mənim isə 10 yaşım tamam olanda yazmışdı bu şeiri. İlk misrası belə idi: “Əlli yaşında mən...”

Bu il, dekabrın 4-də isə mənim fani dünyada 50 yaşım tamam olur. Atam isə artıq 10-cu ildir ki, haqq dünyasındadır. Necə deyərlər,

 

Əlli yaşında mən, on yaşında sən…

Sən – yaşıl tumurcuq, mən – sarı yarpaq.

 

Hər şey qaydasındadır. Beş nəvəm, insan üçün zəruri olan hər şeyim var. Təkcə atam Qabil yoxdur. Mənim “Atam Qabillə söhbət” nəzirəmin  sonuncu misrası:

 

Əlimdə-ovcumda SƏN yoxsan ancaq.

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir