Modern.az

Abbasqulu bəy Şadlinskinin nəvəsi vəfat etdi  

Abbasqulu bəy Şadlinskinin nəvəsi vəfat etdi   

4 Dekabr 2016, 21:48

Ötən əsrin əvvəllərində, Sovet hakimiyyəti illərində Azərbaycanın el qəhrəmanı olmuş məşhur Abbasqulu bəy Şadlinskinin nəvəsi Qənirə Şadlinskaya 3 dekabr 2016-cı il tarixində dünyasını dəyişib. Modern.az saytının xəbərinə görə, Abbasqulu bəyin oğlu İspəndiyar Şadlinskinin böyük qızı Qənirə xanım Azərbaycanın İmişli raoynunda yaşayırdı.

Mərhum uzun illər imişli rayonunda pedaqoji fəaliyyətlə məşğul olub. Uzun sürən xəstəlikdən sonra dünən vəfat edən Qənirə Şadlinskaya İmişlidə dəfn olunub.

Qənirə xanım İmişlidə çox sevilən bir müəllim olub və uzun illər müxtəlif məktəblərdə dərs deyib.

Allah rəhmət eləsin. 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı