Modern.az

Azərbaycanlılara “türk malı” kimi satılan bahalı məhsulların kustar istehsalçıları - ARAŞDIRMA

Azərbaycanlılara “türk malı” kimi satılan bahalı məhsulların kustar istehsalçıları - ARAŞDIRMA

5 Dekabr 2016, 09:25

Türkiyədən Azərbaycana ixrac olunan malların siyahısı çox böyükdür. Tekstildən tutmuş kartofa qədər... Azərbaycanda da elə çoxumuz onları “türk malı” deyərək  baha alırıq. Amma kiçik araşdırmadan sonra bəlli olur ki, bu malların çoxu kiçik sexlərdə kustar üsulla hazırlanır.

Moden.az saytı “türk malı” deyə azərbaycanlılara sırınan məhsullarla bağlı araşdırma aparıb.

İstanbulda Taxtaqala deyilən yerdə 100-dən çox belə kiçik sex var və burda hazırlanan malların ən saglam müştəriləri Azərbaycandan gəlir. Bu sexlərdən birinin sahibi Bilgin Kayıkçı ilə söhbət etdik. Onun sexində əsasən elektirik sobası, şiş və şüşə istehsal edilir. Soba və şişlərin sifarişi xüsusi olaraq Azərbaycandan gəlir.

Bilgin Kayıkçı deyir ki, 9 ilə yaxındır Bakıdan gələn alverçilərlə əməkdaşlıq edir. Onun sözlərinə görə, ayda 1 dəfə, bəzən isə 2 dəfə sifariş alır.

"Biz də ona uyğun olaraq sexdə soba və şişləri hazırlayıb İstanbuldakı Azərbaycan karqoları ilə Bakıya göndəririk. Amma əvvəllər sifarişlər daha çox idi, indi azalıb".

İş sahibi bildirir ki, Azərbaycandan olan müştərilər daha çox ucuz mal istəyirlər. Son illər isə Çin bazarına üstünlük verilir.

"Məsələn, biz bir sobanı 40 dolara satırıq, Çindən isə 20 dollara alırlar. Bəzən də daha ucuz.  Deyirlər nə qədər ucuz olsa, o qədər sərfəlidir".

Sexdə eyni zamanda bildiyimiz kabab şişləri düzəldilir. Bu şişlərin də alıcısı Azərbaycan alverçiləridir. Ədədi 3.5 türk lirəsinə (təxminən 2 manat) ölkəmizə satılır. Azərbaycanlı müştərilər fabriklərlə deyil, kiçik sexlərlə alış-veriş etməyə üstünlük verirlərr. Bunun səbəbi isə həmin sexlərdə istehsal olunan malların daha ucuz olmasıdır. Amma sex sahibi deyir ki, onların da əl işləri keyfiyyətlidir.

"Əslində biz keyfiyətsiz mal düzətmirik. Sadəcə, biz kiçik sexlərdə işləyirik. Amma azərbaycanlı müştəriləri deyirlər ki, nə olur olsun, təki ucuz olsun. Təbii ki, qiymət aşagı düşdükcə keyfiyyət də yüksək ola bilməz".

 

Azərbaycan əksər ən kiçik əşyaları belə, qonşu ölkələrdən alır. İqtisadçı professor Fatma Dəmirçi Orel belə düşünür. O, bildirir k, Türkiyədən Azərbaycana ixrac olunan  əsas mallar bunlardır:  yumurta, katof, təzə meyvə, sosiska, kolbasa, şəkər, şəkər məmulatları, makaron növləri, pivə, duz, sabun, sintetik qoruyucu maddələr, mətbəx əşyaları, plastik borular, meşə materialları, dəmir sobalar, soyuducular,  televizor və bu kimi elektirik əşyalar.  
İqtisadçının sözlərinə görə, əvvəllər Azərbaycanda türk mallarının imici daha yüksək idi. Amma son dövrlərdəki araşdırmalar bu imicin nisbətən aşağı düşdüyünü göstərir:

“Türkdilli respublikalar arasında həm mədəni, həm də coğrafi baxımdan Türkiyəyə daha yaxın ölkə Azərbaycandır. Türkiyənin Orta Asiyaya açılan qapısı olmuş Azərbaycanın bizim ölkə ilə münasibətləri ticari baxımdan cox inkişaf edib. Türkiyə firmaları bu ölkəyə cox böyük ixracat edir. Amma son illər firmaların bir çoxunun markasız və keyfiyətsiz malları Azərbaycana göndərilən “türk malı”nın imicinə mənfi təsir göstərib”.

Buna baxmayaraq, iqtisadçı hesab edir ki, Azərbaycanda açılmış brend daşıyıcısı olan türk magazaları hələ də ilk yerlərdədir.  

Azərbaycan inkişaf etmiş ölkədir. Yalnız Sovetlər Birliyi dağıldıqdan və Türkiyə ilə ticari qapılar açıldıqdan sonra demək olar ki, böyük və kiçik mallar Türkiyədən alınır. 

Bu il Türkiyə ilə Azərbaycan arasında xarici ticarət həcmi 2 milyard 120 milyon 430 min dollar olub. Türkiyə Azərbaycana  1 milyard 520 milyon 405 min dollarlıq ixracat edib, Azərbaycandan isə 600 milyon dollarlıq mal idxhal edib. Qeyd edim ki, bu rəqəmlərə rəsmi satış daxildir. 



Məhsəti Şərif

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir