Modern.az

Hesablama Palatasının gələn ilin büdcəsi barədə RƏYİ

Hesablama Palatasının gələn ilin büdcəsi barədə RƏYİ

5 Dekabr 2016, 10:22

Sabah 2017-ci ilin dövlət büdcəsi Milli Məclisin plenar iclasında müzakirə olunacaq.

Bu büdcə ilə bağlı müxtəlif qurumların rəyləri barədə məlumat verilib.

Bəs Hesablama Palatasının məsələyə münasibəti necədir?

Modern.az saytı Hesablama Palatasının rəyini əldə edib.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəyə görə, sadələşdirilmiş vergi üzrə proqnoz və icra göstəricilərinin təhlili göstərir ki, Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə təmin olunan əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin vergitutma bazasını formalaşdıran makroiqtisadi mühitin kövrəkliyi şəraitində növbəti il üçün müəyyən edilmiş proqnozların artıqlaması ilə reallaşdırılması Prezidentin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə əks etdirilən kompleks tədbirlərin, xüsusilə də nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması, vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi məsələlərinin uğurlu həllindən bilavasitə asılıdır.

“Elektron qaimənin tətbiqi prosesinin eyni zamanda ÜDM-in təxminən 60,0%-ni təşkil edən xidmətlərin istehsalı, tikinti, turizm, nəqliyyat, informasiya və rabitə sahələrini də vahid sistem olaraq əhatə etməsi büdcə gəlirlərinin mobilizasiyasına müsbət təsir göstərmiş olar”, deyə rəydə bildirilib.

 

 

Modern.az      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı