Modern.az

Bakı metropoliteni 1 sərnişini 54 qəpiyə daşıyır, 34 qəpik ziyana düşür - RƏSMİ

Bakı metropoliteni 1 sərnişini 54 qəpiyə daşıyır, 34 qəpik ziyana düşür - RƏSMİ

5 Dekabr 2016, 10:47

Azərbaycanda kommunal xərclərin artması fonunda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqlarının qaldıracağı ilə bağlı müzakirələr səngimək bilmir.

Elə bunları nəzərə alaraq qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən müsahibə aldıq.

 

- Nəsimi müəllim, orta hesabla 1 gün, 1ay və 1 il ərzində Bakı Metrosunda neçə sərnişin daşınır?

 

- Sərnişin sıxlığı mövsümdən asılı olaraq dəyişir. Yay rejimində gün ərzində təxminən 400-450 min, qış rejimində isə 700 min nəfər daşınır. İl ərzində təxminən daşınan sərnişinlrin sayı 210 milyondur.

 

- Hazırda 1 sərnişinin daşınma xərci nə qədərdir?

 

- Son rəsmi məlumata görə 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur.

 

- O zaman belə çıxır ki, metropoliten 1 sərnişinin daşınmasına görə 34 qəpik ziyanla işləyir...

 

- Metro hər zaman ziyanla işləyib.

 

- Bəs bu ziyanı nə ilə kompensasiya edirsiniz?

 

- Ziyanla işləməyimizə baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq hər il metropolitenə dotasiya ayrılır.

 

- Rəsmi rəqəmlərə görə, metroda ən  az gediş haqqı Azərbaycandadır.

 

- Bəli, çox ölkələrdən aşağıdır.

 

- Bir çox kommunal xidmət haqlarının qaldırılmasından sonra metropolitendə gediş haqlarının artırılacağı deyilir. Bilmək istəyirdik qurumda bu barədə müzakirələr gedirmi? Qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət edilibmi?

 

- Bildiyiniz kimi Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. Təmsil etdiyim qurum tərəfindən isə qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət olunmayıb.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub