Modern.az

Jurnalist Səfurə Çərkəzqızı “Sevdalılar”ını üzə çıxarır - TƏQDİMAT  

Jurnalist Səfurə Çərkəzqızı “Sevdalılar”ını üzə çıxarır - TƏQDİMAT   

5 Dekabr 2016, 11:25

Peşəkar jurnalist, yazar Səfurə Çərkəzqızının “Sevdalılar” adlı kitabı çapdan çıxıb.


Kitab “Fələyin hökmü”, “İncə məqamlar”, “Eşq havası”, “Statusdan kənar”, “Tanrı üçbucağı”, “Zamansızlar” adlı bölümlərdən ibarətdir. Bu bölümlər oxuculara tarixi şəxsiyyətlərin, məşhur sənətkarların, siyasətçilərin, dövlət adamlarının həyatı, yaradıcılığı, gizli tərəfləri, sirli sevgiləri ilə bağlı maraqlı bilgilərə sahib olmaq şansı verir.

Modern.az-ın məlumatına görə, “Sevdalılar” kitabı dekabrın 10-u, saat 15: 00-da, Gənc Tamaşaçılar Teatrında oxuculara təqdim olunacaq.

Qeyd edək ki, “Sevdalılar” Səfurə Çərkəzqızının ikinci kitabıdır. Müəllifin hekayələr toplusu olan “And olsun atlara!” adlı ilk kitabı isə ötən il işıq üzü görüb.

 


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir