Modern.az

Azərbaycanı “Eurovision-2017”də bu qız təmsil edəcək

Azərbaycanı “Eurovision-2017”də bu qız təmsil edəcək

5 Dekabr 2016, 14:31

 “Eurovision-2017” Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

Modern.az xəbər verir ki, İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, dekabrın 5-də keçirilmiş iclasda Münsiflər Heyəti “Eurovision-2017” müsabiqəsində Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. “Bəri bax” musiqi kollektivində çalışıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. "Xor dirijorluğu" peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb.
Hazırda Bakı Caz Mərkəzində çalışır.

Diana Hacıyeva evlidir. 2009-cu ildə ailə həyatı qurub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi