Modern.az

Qoz yeməyin FAYDALARI: “Xərçəng, diabet, insult riski azalır”

Qoz yeməyin FAYDALARI: “Xərçəng, diabet, insult riski azalır”

5 Dekabr 2016, 15:02

Gündə bir ovuc qoz yemək insanlarda xərçəng və ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.

 Modern.az xəbər verir ki, BMC Medicine jurnalının məlumatına görə araşdırmanı London imperiya kolleci aparıb.

 

Ayrı-ayrılıqda 29 araşdırma zamanı 800 mindən artıq insan arasında təcrübə keçib. Müntəzəm olaraq qoz yeyən insanlarda ürək infarktları 30%, vaxtından öncə ölüm halları 22% və xərçəng xəstəliyi 15% daha az rast gəlinir. Qız yeyən insanlarda diabetə yoluxma halları 40%, respirator xəstəliklərdən ölmə ehtimalı isə 2 dəfə azdır.

Hesab olunur ki, qozun tərkibindəki maddələr qanda xolesterinin miqdarını azaldır. Araxis insulta qarşı, fındıq isə xərçəngə qarşı ən effektli vasitələr sayılır.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir