Modern.az

Jurnalistlər hansı “Mall”ara gedirlər...

Jurnalistlər hansı “Mall”ara gedirlər...

5 Dekabr 2016, 17:10

Bəzi insanlar alış-veriş üçün böyük ticarət mərkəzlərinə -  “Mall”ara gedirlər. Və bu zaman müxtəlif səbəblər göstərirlər. Psixoloqların fikrincə, bu cür ticarət obyektlərindən alış-veriş edənlər stressdən də uzaq olurlar. Geyim, qida, aksesuar, uşaq oyuncaqları, kitab mağazaları, ətriyyatın tək bir mərkəzdə birləşməsi buranı insanlar üçün daha da cəlbedici edir.

Maraqlıdır, bu ticarət mərkəzlərinə getməyə dəyərmi, orada qiymətlər necədir, kim hansı “Mall”a üz tutur?


Modern.az
saytı bu suallara jurnalistlərdən cavab istəyib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Mall”ardan deyil, “Binə və Sədərək” ticarət mərkəzlərindən istifadə edir.

“Çünki oradakı qiymətlər mənim büdcəmə daha uyğundur. Digər böyük ticarət mərkəzlərində və “Mall”lardakı qiymətlər çox bahadır. Ona görə onların heç birindən alış-veriş etmirəm. Mənim uşaqlarım Türkiyədə oxuduqlarına görə, ora tez-tez gedib-gəlirəm. Lazım gələrsə, elə oradan da alış-veriş edirəm. Həm daha keyfiyyətli, həm də normal qiymətə olur”.


 “Cümhuriyət” qəzetinin əməkdaşı Yeganə Quliyeva son vaxtlar geyimlərinə nəzər salanda əksəriyyətinin “28 Mall” və “Metropark” ticarət mərkəzlərindən aldığını görür.

 “Orda qiymətlərin həddən artıq şişirdilmiş olmasından da xəbərdaram. Onu da bilirəm ki, hətta geyim məhsullarının çeşidlərində də o qədər rəngarənglik yoxdur. Xidmət qane etməsə də buna məcburuq. Onlar şəhər mərkəzində və yolumun üstündə yerləşdiyindən işdən sonra da olsa, gedib ehtiyacımızı qarşılaya bilirik. Təəssüf ki, çoxçeşidliliyi ilə seçilən “Binə” Ticarət Mərkəzi indi demək olar ki, boşdur və yeni mallar gətirilmir”.


“Mövqe” qəzetinin müxbiri Mübariz Bayramov
“Mall”lardan hərdən bir alış-veriş etdiyini bildirib.

“Əsasən “28 Mall”dan alış-veriş edirəm. Çünki adətən belə ticarət mərkəzləri yüksək səviyyədə xidmət göstərirlər. Yəni bir insanın onların xidmətindən narazı qalması real görünməz. O cür böyük ticarət mərkəzi insanların düşündüyü, gördüyü, eşitdiyi əksər xidmətləri təchiz edirlər. Qane olmayacağımız tərəf isə yalnız qiymətlərin bahaçılığı ola bilər”.

“Report” agentliyinin bölgələr üzrə redaktoru Valeh Dadaşov da daha çox “28 Mall”dan  alış-veriş edir.

“Xidmət isə zəifdi. Ancaq buna baxmayaraq, istənilən malı almaq və asanlıqla tapmaq mümkündür. Qiymətlərə gəlincə isə digərləri ilə müqayisə etmədiyim üçün bahalı və ya ucuz olduğunu deyə bilmərəm”.


“Azvision.az”ın əməkdaşı Şəhanə Rəhimova
“Mall”lara nadir hallarda gedir.

“Alış-verişi daha çox Sumqayıtdakı yerli bazardan və “28 may” metrostansiyasının keçidindən edirəm. “Mall”lar arasında isə ən çox “28 Mall”a gedirəm. Çünki ora mənim iş yerimə daha yaxındır. Xidmətlər isə normaldır. Pis münasibət görməmişəm. Sadəcə olaraq “Mall”lardaki bahalıq səbəbindən onlara nadir hallarda müraciət edirəm”.

 

Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı “Mall”ların heç birindən istifadə etmədiyini deyib.

“Mən bir dəfə “28 Mall”da olmuşam. O da yadımda deyil nə vaxt. Xoşuma gəlmir elə yerlər. Hamı bir-birinin ağzına baxır. Elə bil ki, kimsə nəsə səhv edəcək və ona əskik adam kimi baxacaqlar. Həm də orada bəziləri adama yuxarıdan aşağı baxır. İnsanlar elə yerlərdə təbəqələşirlər. Ona görə də “Mall”lardan istifadə etdmirəm”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır