Modern.az

Mirşahin Türkiyədən Azərbaycana qayıtdı  

Mirşahin Türkiyədən Azərbaycana qayıtdı   

5 Dekabr 2016, 22:17

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu axşam Türkiyədən Azərbaycana qayıdıb. Modern.az saytının məlumatına görə, Türkiyədə ağır əməliyyat olunmuş telejurnalist müalicəsini Bakıda davam etdirəcək. 

Sonuncu dəfə təxminən 10 gün öncə ağır cərrahiyyə əməliyyatına məruz qalmış Mirşahin Ağayevin bu tezliklə Bakıya qayıtmasına səbəb haqqında yayılmış şayiələrə son qoymaq istəməsidir. Qeyd edək ki, həmin söz-söhbətlərdə Mirşahinin guya Türkiyəyə dindirilmək üçün aparıldığı bildirilirdi.

Bakıya qayıdışı ilə ANS Şirkətlər Qrupunun vitse-prezidenti bu xəbərlərin şayiə olduğunu nümayiş etdirib.

O, hələ 4 ay əvvəl əməliyyata getməliydi. Amma ANS-in bağlanması telejurnalistin planlarını pozmuşdu.


Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər