Modern.az

Tarif Şurasının qərarı büdcə xərclərini artırdı

Tarif Şurasının qərarı büdcə xərclərini artırdı

6 Dekabr 2016, 12:51

“Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 mln. manat artırılıb”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisinin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 Nazir bildirib ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılması təklif olunur:

 

“Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88 faiz , xərcləri isə 1,81 faiz artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində nəzərdə tutulur.


Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub