Modern.az

Diaqnostik qiymətləndirilmədə hansı müəllimlər zəif nəticə əldə edib?

Diaqnostik qiymətləndirilmədə hansı müəllimlər zəif nəticə əldə edib?

6 Dekabr 2016, 15:16

Bakı şəhərində müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi keçiriləndən sonra geniş təhlillər aparılıb.

 

Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, təhlillər əsasında müəllimlərin fənn bilikləri müəyyənləşdirilib.  

“Məlum oldu ki, fənn bilikləri aşağı, orta və yüksək səviyyədə olan müəllimlər var.

 

“İlk olaraq Təhsil Nazirliyi və BŞTİ birgə həmin müəllimlərin təlim nəticələri orta səviyyədə olan müəllimlərin xüsusi təlimlərə cəlb olunması ilə bağlı təlimlər keçirildi. Ötən tədris ilində 3000-ə yaxın müəllim bu təlimlərə cəlb olunub. Gələcəkdə də bu istiqamətdə fəaliyyət davam edəcək. Burda əsas məqsəd müəllimlərin peşəyə girişdən sonra biliyinin artırılması deyil”.

 

İdarə müdirinin sözlərinə görə, arzuolunandır ki, müəllimlər orta məktəblərdə işə başlamazdan əvvəl müvafiq fənn biliklərinə malik olsunlar.

 

“Diaqnostik qiymətləndirmənin nəticələrinə görə, kurikulum əsasında tədris olunan fənlər var ki, bunlar texnologiya, fiziki tərbiyə, musiqi dərsləri daha çox praktik fənnlərdir. Qiymətləndirilmə nəzəriyyə üzərindən aparıldığı üçün bu səbəbdən həmin fənnlər üzrə müəllimlərin qiymətləndirilməsi daha aşağı nəticə olduğu müşahidə edilib”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir