Modern.az

“Hüquq-mühafizə orqanları niyə dolların "qara bazarı"na göz yumurlar?!”

“Hüquq-mühafizə orqanları niyə dolların "qara bazarı"na göz yumurlar?!”

6 Dekabr 2016, 17:39

“Bu gün Azərbaycanda dolların “qara bazar” haradan yaranır? “Qara bazar”a külli miqdarda dollar hardan, kimlərin əli ilə daxil olur ?!”

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə “qara bazarlar”a buraxılır:

“Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə, müəyyən şəxslərin vasitəsilə ilə “qara bazar”a çıxarılır.

 

Ona görə də hər gün dollar qalxdıqca banklar da dollar satışını rəsmi dayandırır və dolları “qara bazar”a buraxaraq külli miqdarda pullar qazanırlar. Hüquq-mühafizə orqanları axı niyə bu cür ciddi maliyyə qanunsuzluğuna göz yumurlar?! Çox xahiş edirəm!

 

“Qara bazar” məsələsinə ciddi yanaşaq. Əgər bu məsələ həllini tapmasa, maliyyə bazarında çox ciddi fəsadlar yaranacaq”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?