Modern.az

Rekord sayda rusiyalı ABŞ-dan sığınacaq istəyir  

Rekord sayda rusiyalı ABŞ-dan sığınacaq istəyir   

Dünya

6 Dekabr 2016, 23:26

2016-cı ildə ABŞ-dan sığınacaq istəyən rusiyalıların sayı 1994-cü ildən bəri rekord həddə çatıb. Modern.az bildirir ki, bu haqda “Azadlıq” radiosu ABŞ-ın daxili təhlükəsizlik nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, 2015-ci ilin oktyabr ayından 2016-cı il sentyabrın sonunadək 1912 rusiyalının sığınacaq barədə ərizəsi rəsmiləşdirilib.

 

Bu 2015-ci illə müqayisədə 31 faiz çoxdur.

 

1994-cü ildə bu göstərici 2127 olub.

 

Rusiyadan gedənlərin daha çoxu Avropaya sığınmaq istəyir. Təkcə 2016-ci ilin birinci rübündə onların sayı 11,6 min nəfər olub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır