Modern.az

Futbolçu oyun zamanı dünyasını dəyişib

Futbolçu oyun zamanı dünyasını dəyişib

7 Dekabr 2016, 00:09

Tanzaniyada "Mbao" klubunun futbolçusu İsmayıl Xalfan oyun zamanı dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, "Report"un Tanzaniya Futbol Federasiyasına istinadən məlumatına görə, 19 yaşlı futbolçu matçın 74-cü dəqiqəsində rəqib oyunçu ilə toqquşduqdan sonra yerə yıxılıb və huşunu itirib.

Gənc futbolçuya tibbi yardım göstərilib və o, xəstəxanaya göndərilib. Lakin tibb müəssisəsinə çatan zaman futbolçu vəfat edib.

Həkimlərin məlumatına görə, futbolçunun ürəyi tutub və o, buna davam gətirə bilməyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?