24 yanvar 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Azərbaycanın ilk Parlamenti - 98 il əvvəlki HADİSƏ
Azərbaycanın ilk Parlamenti - 98 il əvvəlki HADİSƏ
07.12.2016, 10:41

Bu gün Azərbaycan Parlamentinin yaranması günüdür

 

Nəsiman Yaqublu,
tarix elmləri doktoru


1918-ci ilin dekabrın 7-də parlamentin açılışı oldu. Parlamentin ilk iclasını M. Ə. Rəsulzadə giriş nitqi ilə açdı: “Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cumhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi...”.

M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentindəki bu çıxışı dəfələrlə alqışlarla qarşılandı.

Azərbaycan Parlamentində Müsavat Partiyasının bəyannaməsini təşkilatın lideri M. Ə. Rəsulzadə elan etdi. Həmin tarixi bəyannamədə göstərilirdi: “Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul  olmalıdırlar” .

Qeyd edək ki, Azərbaycan Parlamentinin tərkibi aşağıdakılardan ibarət idi: Sədr – Topçubaşov Əlimərdan bəy, Parlament sədrinin müavini – Ağayev Həsən bəy, Parlamentin Böyük katibi – Rizayev Bağır bəy; katiblər – Hacınski Mehdi bəy və Kiçikxanov Bayram  Niyazi. Parlamentin üzvləri: 1. Müsavat fraksiyası və bu qrupa qoşulanlar (lider Məhəmməd Əmin Rəsulzadə); 2. İttihad fraksiyası (lider Qara bəy Qarabəyov); 3. Əhrar fraksiyası (lider Aslan bəy Qardaşov); 4. Sosialistlər fraksiyası (lider Səmədağa Ağamalıyev); 5. Partiyasızlar; 6. Müstəqil deputatlar; 7. Sol partiyasızlar (Abdulla bəy Əfəndiyev); 8. “Slavyan-rus cəmiyyəti” fraksiyası (lideri Viktor Viktoroviç Klenevskiy); 9. Milli azlıqlar fraksiyası (lideri Lorens Yakovleviç Kun); 10. Erməni fraksiyası (lideri  Arşak Arutyunoviç); 11. Daşnaksütyun fraksiyası (lideri Arşak İoanesoviç Malxazyan) .

Azərbaycan Parlamenti Nikolayevski (indiki İstiqlal) küçəsində yerləşirdi, iclaslar isə həftənin birinci və dördüncü günləri keçirilirdi.

Azərbaycan Parlamentinin  açılışı münasibəti ilə Gürcüstan Parlamentinin sədri Çxeidze göndərdiyi təbrik məktubunda bu mühüm tarixi hadisəni alqışlayırdı.

Parlamentin açılışına münasibətini Azərbaycanda yaşayan alman ictimaiyyətinin nümayəndəsi Kun belə ifadə edirdi: “Parlament üzvləri, vətəndaşlar! Düz yüz il bundan əvvəl taleyin gücü ilə biz Zaqafqaziyaya, xüsusən Azərbaycan ərazisinə atılmışıq... Biz Azərbaycan almanları öz gələcəyimizə ümidlə baxırıq və qəti əminik ki, gənc Azərbaycan Respublikasının demokratik qanunları əsasında biz öz milli özünəməxsusluğumuza və sülh şəraitində yaşayışımıza imkan tapacağıq.

Polşalıların nümayəndəsi Vonsoviç bu mühüm hadisəni ürəkdən alqışlayırdı: “Hörmətli Parlament üzvləri! Azərbaycanda yaşayan polşalılar adından Sizi təbrik edirəm. Eyni zamanda hakimiyyətin əsas daşıyıcısı olan Parlamenti alqışlayıram” .

Yəhudilərin nümayəndəsi Quxman bu hadisəyə belə münasibət bildirirdi: “İyirmi min Bakı yəhudisinin seçicisi kimi Azərbaycan qanunvericilik orqanını salamlamağa gəlmişəm”.

Bakıda yaşayan digər xalqların da nümayəndələri ilk Azərbaycan Parlamentinin açılışına müsbət yanaşırdılar.

Azərbaycan Parlamentində ən güclü fraksiya Müsavatla bitərəf demokratların birləşməsi idi. Bu fraksiyanın ümumi sayı 38 nəfər idi.

Azərbaycan Parlamentinin işində M. Ə. Rəsulzadə böyük fəallıq göstərirdi. Parlament iclaslarında fəal iştirak edən M. Ə. Rəsulzadə başçılıq etdiyi Müsavat fraksiyasının fəaliyyət proqramları haqqında tez-tez məlumatlar verirdi. Bu məlumatlarda ümumi bir məqsəd qarşıya qoyulurdu – Gənc Azərbaycan Cumhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığı, milli və siyasi hüquqların qorunub saxlanılması, Azərbaycan xalqının  qonşu dövlətlərlə dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi respublikada hüquq-demokratik dövlət quruluşunun bərqərar edilməsi, geniş sosial islahatlar həyata keçirilməsi, ölkəni müdafiə edəcək güclü ordunun yaradılması.

1918-1920-ci illərdə Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparılırdı. Azərbaycan Parlamentinin 1918-ci ilin 10 dekabrında keçirilən ikinci iclasındakı  çıxışında M. Ə. Rəsulzadə deyirdi: “Əvvəla Ədəmi-Mərkəziyyət, sonra muxtariyyət. Daha sonra cərəyani Təbən istiqlaliyyət tərəfdarı, daima Azərbaycan məfkurəsinin müdafei olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərək sollar Azərbaycanı inkar deyil, var qənaətləri ilə isbat edirlər. Çünki, artıq Azərbaycan fikri üzərinə müsəlman firqələri arasında ixtilafi nəzər yoxdur. Çünki, artıq cəmaətimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki, üçrəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir” .

M. Ə. Rəsulzadə fraksiya lideri olaraq Azərbaycan Parlamentində qanun layihələrinin müzakirə olunması qaydalarına ciddi diqqət yetirirdi. Bununla bağlı təkliflərində bildirirdi ki, fraksiyalara qanunlar əvvəlcədən göndərilməli, parlament üzvləri layihənin məzmunundan xəbərdar olmalı, müzakirə aparılarkən fəallıq göstərməlidirlər. O, qeyd edirdi ki, “mümkün olduğu qədər Parlament təcili qanunlardan xilas olmalıdır” .

Parlamentin yaradılmasından sonra Azərbaycan dövlətinin qarşısında həllini gözləyən ciddi problemlər dururdu. Azərbaycan Xarici İşlər nazirliyinin Müttəfiqlər Komandanlığının qərargahına və Gürcüstan, Erməmistan Xarici İşlər nazirinə 1918-ci il dekabrın 23-də göndərdiyi 851№-li teleqramında Borçalıdakı sərhəd mübahisələri ilə bağlı Gürcüstan və Ermənistan respublikaları arasında gedən silahlı toqquşmalara təəssüflənirlər və qətiyyətlə onlara xatırladılırdı: “Borçalı rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Məlum olduğu kimi, həmin illərdə istər ermənilər, istərsə də ruslar Lənkəranda və Qarabağda ciddi problemlər yaradır, müstəqil dövlətimizin möhkəmlənməsinə mane olurdular. Bu problem 1919-cu ilin aprelin 14-də Azərbaycan Parlamentinin 29-cu iclasında müzakirə olundu. Müzakirələrdə iştirak edən M. Ə. Rəsulzadə Lənkəranın da, Qarabağın da Azərbaycanın ərazisi olduğunu bildirirdi: “Bizcə və hökumətcə Qarabağ məsələsi yoxdur. Nasıl ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd ediriz” .

M. Ə. Rəsulzadə ölkədə pul-maliyyə sisteminin formalaşması prosesində də  yaxından iştirak edirdi. Belə ki, 1919-cu ilin aprelin 14-də Azərbaycan Parlamentinin 29-cu iclasında çıxış edən Baş nazir N. Yusifbəyli ölkədə pul-maliyyə siyasətinin düzgün qurulması vacibliyindən danışmış, göstərmişdi ki, Azərbaycan pulunun kursunu ixrac olunan malların köməyi ilə tənzimləmək mümkün olsa, onda əlavə pul kəsməyə ehtiyac qalmayacaqdır . Parlament üzvləri çıxışlarında həm informasiyanın artdığını göstərir, həm də bir qismi hökumətə parlamentin icazəsi olmadan pul kəsməyi qadağan edirdi.

Qeyd edək ki, 1919-cu ilin 28 Mayında İstiqlal elan olunmasının bir illiyi münasibəti ilə Bakıda böyük bayram yığıncağı keçirildi. Dövrün qəzet və jurnalları bu mühüm günün ildönümünü belə təsvir edirdilər: “Azərbaycan istiqlalı elə qiymətdar, elə müqəddəs bir sevgilidir ki, hər şəkildə olursa-olsun, təcəssüm etdirilərsə, bütün azərilərin fərdənfərd ona sitayiş etməsi fərzi də təbiidir, zira onun yolunda verilən qurbanlar heç bir məbudun yolunda verilməmişdir”.

Şübhəsiz ki, bu illərdə Azərbaycanın varlığının əsas prinsiplərini müstəqil dövlətçilik təşkil edirdi. Bunlardan başlıcası Azərbaycanın ərazi bütövlüyünün qorunması idi ki, bu istiqamətdə fəal mübarizə aparılırdı.

Milli siyasət sahəsində isə Azərbaycanda yaşayan milli azlıqların hüququnun qorunmasına xüsusi diqqət yetirilirdi. Vicdan, mətbuat, yığıncaq azadlığına, həmkarlar azadlıqlarına təminat verilirdi ki, bu da əlbəttə, hüquqi demokratik dövlətin əsasını təşkil edirdi .

Ümumi icbari təhsil haqqında qanun layihəsi işlənilir, ibtidai və orta məktəblərin milliləşdirilməsi və xüsusilə də milli azlıqlara rus və ana dillərində təhsil almaq hüququ üçün təminat verilməsi tələb olunurdu.

Qeyd edək ki, 1919-cu ilin oktyabrın 30-da parlament tərəfindən mətbuat haqqında Nizamnamə qəbul edilmişdi. Nizamnamənin əcnəbi təbəələrə mətbu orqanları buraxmağı qadağan edən maddəsinə qarşı sosialistlər daha kəskin etiraz etmişdilər. Lakin qanun layihəsini Baş nazir N. Yusifbəyli və Müsavat Partiyasının lideri M. Ə. Rəsulzadə başda olmaqla digər parlament üzvləri də müdafiə etdilər.

Geniş müzakirələrdən sonra qəbul olunan “Mətbuat haqqında Nizamnamə”  ölkədə demokratik və azad mətbuatın inkişafına real imkanlar yaratdı. Mövcud Nizamnamədə göstərilirdi ki, mətbu orqan yalnız  məhkəmənin qərarı əsasında və cinayət törətdiyi halda məsuliyyətə cəlb oluna bilərdi. Əslində bu müddəa ilə mətbuat üzərində senzura demək olar ki, götürülürdü.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə qazanılan ən böyük uğurlardan biri 1920-ci ilin yanvarında Azərbaycanın xarici dövlətlər tərəfindən tanınması oldu.

Qeyd edək ki, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq nüfuzunun artdığı bir zamanda 1920-ci ilin 28 Aprel işğalı baş verdi.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mir Cəfər Bağırovun saxta ölümü, qamçılanması və xilası
24.01.2018, 00:47

Mir Cəfər Bağırovun saxta ölümü, qamçılanması və xilası

Bakıda yeni dələduzluq variantı - Video
24.01.2018, 00:34

Bakıda yeni dələduzluq variantı - Video

Uzun müddət yarğanda gizlənən, Xalq yazıçısının əsərində təndiq olunan Cümhuriyyət qəhrəmanı
24.01.2018, 00:17

Uzun müddət yarğanda gizlənən, Xalq yazıçısının əsərində təndiq olunan Cümhuriyyət qəhrəmanı

İlham Əliyev: “Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil”
23.01.2018, 23:55

İlham Əliyev: “Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil”

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir"
23.01.2018, 23:43

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir"

Bakı-İstanbul aviareysində problem yaranıb
23.01.2018, 23:29

Bakı-İstanbul aviareysində problem yaranıb

Azərbaycan nefti bahalaşdı
23.01.2018, 23:16

Azərbaycan nefti bahalaşdı

Adamyanı qətlə yetirən “azərbaycanlılar”, yaxud Balayanın sərsəmləməsi – DAĞLIQ QARABAĞ OLAYLARI
23.01.2018, 22:58

Adamyanı qətlə yetirən “azərbaycanlılar”, yaxud Balayanın sərsəmləməsi – DAĞLIQ QARABAĞ OLAYLARI

Tanınmış jurnalist urək tutmasından dünyasını dəyişdi
23.01.2018, 22:42

Tanınmış jurnalist urək tutmasından dünyasını dəyişdi

Sərnişinlər yollarda qaldı - Video
23.01.2018, 22:34

Sərnişinlər yollarda qaldı - Video

Bitkoin bir qədər də ucuzlaşdı
23.01.2018, 22:18

Bitkoin bir qədər də ucuzlaşdı

Diqəm Əsgərov və Şahbaz Quliyevin fotoları AŞPA sessiyasında nümayiş etdirildi - VİDEO
23.01.2018, 22:04

Diqəm Əsgərov və Şahbaz Quliyevin fotoları AŞPA sessiyasında nümayiş etdirildi - VİDEO

ABŞ PYD/YPG-yə dəstəyini kəsəcək
23.01.2018, 21:54

ABŞ PYD/YPG-yə dəstəyini kəsəcək

İlham Əliyev: “Neftin qiymətinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyirik”
23.01.2018, 21:40

İlham Əliyev: “Neftin qiymətinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyirik”

Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib
23.01.2018, 21:35

Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunur” - Video
23.01.2018, 21:21

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunur” - Video

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var" – NATO rəsmisi
23.01.2018, 21:08

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var" – NATO rəsmisi

Türkiyə Afrində daha bir şəhid verdi
23.01.2018, 20:56

Türkiyə Afrində daha bir şəhid verdi

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək
23.01.2018, 20:43

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

Kürdəmir sakini intihar etdi
23.01.2018, 20:30

Kürdəmir sakini intihar etdi

İlham Əliyev Gürcüstanın baş naziri ilə regional məsələləri müzakirə etdi
23.01.2018, 20:16

İlham Əliyev Gürcüstanın baş naziri ilə regional məsələləri müzakirə etdi

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinı ümidvaram”- Anders Samuelsen
23.01.2018, 20:03

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinı ümidvaram”- Anders Samuelsen

İlham Əliyev: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq”
23.01.2018, 19:51

İlham Əliyev: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq”

Kürdəmirdə 68 yaşlı qadın intihar edib
23.01.2018, 18:56

Kürdəmirdə 68 yaşlı qadın intihar edib

Goranboyda minaatan mərmisi tapılıb
23.01.2018, 18:47

Goranboyda minaatan mərmisi tapılıb

Əbülfəz Qarayev vətəndaşları qəbul edəcək
23.01.2018, 18:38

Əbülfəz Qarayev vətəndaşları qəbul edəcək

Gözəl Bayramlıya hökm oxundu: 3 il
23.01.2018, 18:31

Gözəl Bayramlıya hökm oxundu: 3 il

"Bakı-Tbilisi-Qars Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib”
23.01.2018, 18:26

"Bakı-Tbilisi-Qars Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib”

Bu ilki Oskar namizədlərinin adları AÇIQLANDI
23.01.2018, 18:13

Bu ilki Oskar namizədlərinin adları AÇIQLANDI

Azərbaycanda fond sədri Avropa İttifaqının nümayəndəsi ilə görüşdü
23.01.2018, 18:02

Azərbaycanda fond sədri Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

“Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib” - YENİLƏNİB
23.01.2018, 18:01

Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib” - YENİLƏNİB

Piyadanı vurub qaçan sürücü tutuldu   
23.01.2018, 17:49

Piyadanı vurub qaçan sürücü tutuldu  

 Almaniya Qarabağdakı erməni separatçılarına viza verməyib - Azərbaycan ALQIŞLADI
23.01.2018, 17:36

 Almaniya Qarabağdakı erməni separatçılarına viza verməyib - Azərbaycan ALQIŞLADI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ   
23.01.2018, 17:23

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Türkiyə “Zeytun budağı” əməliyyatında 2-ci şəhid verdi
23.01.2018, 17:17

Türkiyə “Zeytun budağı” əməliyyatında 2-ci şəhid verdi

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42%)
SOCAR(14%)
Azersun Holding(10%)
Azercell(4%)
Bakcell(8%)
Nar mobile(2%)
Gilan Holdinq(4%)
Nurgun Group(2%)
Paşa Holding(4%)
Akkord(10%)