Modern.az

Deputatdan sənədsiz evlərlə bağlı hökumətə ÇAĞIRIŞ

Deputatdan sənədsiz evlərlə bağlı hökumətə ÇAĞIRIŞ

İqtisadiyyat

7 Dekabr 2016, 11:55

Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva ölkədəki onminlərlə sənədsiz evin olduğunu qeyd edəkrək onların məsələsini qaldırıb və hökumətə çağırış edib:

Modern.az-ın məlumatına görə, deputat bildirib:

”Büdcəyə daxilolmaların artması, əlavə mənbələr barədə danışırıq və mən bu mənbələrdən biri ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bu gün ölkəmizdə onminlərlə sənədsiz ev var. Onların sənədləşmə mexanizmlərinin qısa zamanda tapılması vacibdir. Bu məsələnin həlli yüzminlərlə vətəndaşımızın həyatı üçün olduqca vacib olmaqla yanaşı, dövlət büdcəsinə böyük həcmdə vergi və rüsumların cəlb edilməsinə də təsir göstərə bilər. Ona görə də müvafiq qurumların bu məsələyə böyük diqqət göstərməsi çox önəmlidir. Onminlərlə ailə üçün çox vacib olan bu məsələ ilə bağlı ümid edirik ki qısa zamanda ciddi addımlar atılacaq”. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi