Modern.az

“Baş redaktoru öz ofisindən həbs edib aparıblar"

“Baş redaktoru öz ofisindən həbs edib aparıblar"

7 Dekabr 2016, 12:48

“Gündəlik Bakı” qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyev Azərbaycan Dövlət Nəşriyyatında həbs edilməyib.


Bunu Modern.az-a Azərbaycan Dövlət Nəşriyyatından bildiriblər.

““Gündəlik Bakı”nın redaksiyası nəşriyyatın binasında yerləşmir. Burada onlar kiçik otaq kirayələmişdi və başqa bir qəzetin adı ilə işləyirdilər. Dünən nəşriyyatda əməliyyat keçirilməyib. Sadəcə həmin otağa baxış keçirib gediblər.

Habil Vəliyevi Nəşriyyatda həbs etməyiblər. Onların özlərinin ayrıca ofisi var. Habil Vəliyevi ordan götürüb aparıblar”.

Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) cavab almaq mümkün olmayıb.

“Gündəlik Bakı” qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyevin DTX tərəfindən həbs edildiyi xəbəri yayılıb. Onu reket jurnalistikası ilə məşğul olmaqda təqsirləndirirlər.

Habil Vəliyevin rəhbərlik etdiyi qəzetin adı bir neçə dəfə Azərbaycan Mətbuat Şurasının "qara siyahısı"na salınıb və sonra naməlum səbəblərdən çıxarılıb.


Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu