25 sentyabr 2017, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Deputat Tarif Şurasını sərt TƏNQİD ETDİ
Deputat Tarif Şurasını sərt TƏNQİD ETDİ
07.12.2016, 13:21

“Mən həmişə xalqın dərdini bu zala gətirmişəm. Kimisə tənqid etmişəmsə bu şəxsi qərəzlə bağlı olmayıb”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Yevda Abramov deyib.

 

Deputat bildirib ki, Tarif Şurası heç bir arqument və əsaslar olmadan qazın və işığın qiymətlərini qaldırıb:

 

“Birinci Tarif Şurası ilə bağlı demək istəyirəm. Bu şura hansı arqumentləri əsas götürüb işığın, qazın qiymətini qaldırır? Orada heç olmasa bir millət vəkili təmsil olunmalı deyilmi? Heç olmasa onu qaldıranlar bunun səbəbini izah etsin. Mən bu artımla heç razı deyiləm. Deyirlər ki, bu qərar 62 faiz əhaliyə təsir göstərməyəcək. Mən bu rəqəmə inanmıram. Bu rəqəm cənab prezidentin apardığı uğurlu iqtisadi siyasətin nəticələri ilə düz gəlmir.

 

Çünki cənab prezident hər dəfə çıxışında deyir ki, yoxsulluq rəqəmləri aşağı düşüb. Amma əhalinin yoxsulluq faizi hələ də çoxdur. Ona görə də qazı və işığı çox yandırırlar. Təklifim budur: Geriyə yol yoxdur. Amma çıxış yolları var. İndi 300 milyon əlavə olunacaq deyirlər, düzdür o pulu tapmaq böyük rəqəm deyil. Bu pulu komitə və nazirliklərdən dotasiya şəklində də ötürmək olar. Kvotanı ikiqat artırmaq olar. Yığım faizini çoxaltmaqla bu bəladan qurtulmaq olar. Qaz və işıqla bağlı qərar elə bir zamanda qəbul olunub ki, bu gün Qubaya 20 sm qar yağıb. Şaxta 10-12 dərəcədir. Belə bir zamanda xalqın boğazından tutmaq xalqı çətinliyə salmaq düzgün deyil”.

 

Yevda Abramov deyib ki, xalq hələ də referndumun təsiri altındadır və bu referendum əslində elə prezident seçkiləri idi: “Xalq referendumun təsiri altında yaşayır. Xalq referenduma deyil, prezidentə səs verdi. Qubada və digər regionlarda cənab prezidentə necə bir sevginin olduğunun mən şahidi oldum. Oqtay müəllim, bu sadəcə referendum deyildi, prezidentin yenidən seçilməsi idi”.

 

Deputat bildirib ki, məmurlar qərar qəbul edərkən xalqı düşünmürlər: “Amma məmurlarımız belə ciddi qərarları qəbul edərkən doğrudanmı xalqı düşünürlər? Mən buna tam şübhə ilə baxıram. Bu gün ölkənin valyuta bazarına ciddi süni müdaxilələr var. Mən bunu gözlərimlə “Xalqlar dostluğu” , “28 May” metrosu və Quba bazarında görmüşəm. Eyni gündə 4 saatın içində dollar 5 manat fərqlə satıldı və alındı.

 

Həmin insanların xüsusi maşınlarının arxa hissəsində kisələrlə dollar hardandır? Bu pullar onların əlinə necə düşüb? Mən buna məəttəl qalmışam. Kim diktə edir bu qara bazara? Belə olacaqdısa, biz valyuta dəyişmə məntəqələrini niyə ləğv etdik? Xaricdə bir avronu dəyişmək üşün pasportumuzu təqdim edirik. Orada adımız, familiyamız yazılır. Bu qədər insanları işsiz qoyduq. "Qara bazar"da möhtəkirlik üçün daha da geniş imkanlar açdıq.

 

Onsuz da valyuta dəyişmə məntəqlərini ləğv etmək effekt vermədi. Eyni vəziyyəti Rusiya da keçirib. Amma Rusiya bu xəstəliyi bu cür keçirmədi. Bu böhran deyil, neft ölkələrini çökdürmək üçün güclü dövlətlərin işi idi. Ona görə biz hərəkət etməliydik, kənara çəkilməli deyildik. Bu gün üçün səriştəlilik göstərməli idik. Mən bücə layihəsinə səs verib düyməni basarkən arzu edəcəm ki, büdcəmizdən haram əllər yox olsun.

Amma bunun nə xeyri? Yenə həmin insanlar, həmin əməllər yerinə yetiriləcək. Xalq biz deputatlardan çox şey gözləyir, danışmamaq da olmur. Elə-belə də burada gəlib oturmaq olmur axı, Oqtay müəllim? Mən bu gün büdcədən rayonum üçün pul istəmirəm. Bilirəm ki ölkə başçısı demişkən 2017- ci il ağır il olacaq. Amma elə məsələlər var ki Azərbaycan məmurundan çox şey asılıdır. Mən demişəm ki, kim cənab prezidentə kömək etmirsə, bu ölkənin suyu və çörəyi haram olsun. Elə mən də onların içində olmaqla.

Əl çəkmək lazımdır bu korrupsiyadan. Bu millətə yaxın durmaq lazımdır. Nə olar ki, bir-iki il yaxşı yaşamayaq , amma xalqın yanında olaq.  İnsanların dəniz kənarında, dağın başında nə qədər villası olar? Qonaqkəndə nazirlərin, komitə sədrlərinin mal-qaraları qışlağa gedir. Çobanlardan soruşursan ki, bu adlar kimindir. Nazirlərin adına kimi deyir. Mən indi burada ad çəkmək istəmirəm”.

 

Ağa AKİFOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Merkelin başçılıq etdiyi alyans qalib gəlir - Yenilənib
25.09.2017, 00:59

Merkelin başçılıq etdiyi alyans qalib gəlir - Yenilənib

Almaniyada aksiyalar başlayıb
25.09.2017, 00:18

Almaniyada aksiyalar başlayıb

"Getmək istəyən futbolçunu saxlamaq düzgün deyil" - Baş məşqçi
25.09.2017, 00:01

"Getmək istəyən futbolçunu saxlamaq düzgün deyil" - Baş məşqçi

"Qəbələ"nin futbolçuları yumruq davasına çıxdı - Video
24.09.2017, 23:44

"Qəbələ"nin futbolçuları yumruq davasına çıxdı - Video

Rusiya ordusunun generalı Suriyada öldü
24.09.2017, 23:18

Rusiya ordusunun generalı Suriyada öldü

Meksika zəlzələsində ölənlərin sayı 319-a çatdı
24.09.2017, 22:59

Meksika zəlzələsində ölənlərin sayı 319-a çatdı

Ərdoğan iranlı həmkarı ilə regiondakı durumu müzakirə etdi
24.09.2017, 22:42

Ərdoğan iranlı həmkarı ilə regiondakı durumu müzakirə etdi

ABŞ-da silahlı insident: 1 ölü, 8 yaralı
24.09.2017, 22:23

ABŞ-da silahlı insident: 1 ölü, 8 yaralı

"2 qələbə komandanı arxayınlaşdırmamalıdır" - Famil Ağayev
24.09.2017, 22:04

"2 qələbə komandanı arxayınlaşdırmamalıdır" - Famil Ağayev

Zaqataladakı yanğın lokallaşdırılıb  - Yenilənib
24.09.2017, 21:48

Zaqataladakı yanğın lokallaşdırılıb - Yenilənib

ABŞ Liviyadakı İŞİD mövqelərini bombaladı
24.09.2017, 21:35

ABŞ Liviyadakı İŞİD mövqelərini bombaladı

Prezident Azərbaycan voleybolçularının oyununu izlədi: Komandamız  qrup lideri oldu
24.09.2017, 20:43

Prezident Azərbaycan voleybolçularının oyununu izlədi: Komandamız  qrup lideri oldu

Malidə 3 BMT sülhməramlısı ölüb
24.09.2017, 20:17

Malidə 3 BMT sülhməramlısı ölüb

İlham Əliyevin Neftçala və Salyana səfəri başa çatıb
24.09.2017, 19:51

İlham Əliyevin Neftçala və Salyana səfəri başa çatıb

“Gələn ilin büdcəsi daha böyük olmalıdır”
24.09.2017, 17:48

“Gələn ilin büdcəsi daha böyük olmalıdır”

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb
24.09.2017, 17:20

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...
24.09.2017, 17:09

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...

Prezident bölgələrdə yeni sənaye zonalarının yaradılması barədə göstəriş verib
24.09.2017, 16:58

Prezident bölgələrdə yeni sənaye zonalarının yaradılması barədə göstəriş verib

İlham Əliyev: Əsas məqsədimiz yerli istehsalı gücləndirmək, idxaldan asılılığı azaltmaqdır
24.09.2017, 16:55

İlham Əliyev: Əsas məqsədimiz yerli istehsalı gücləndirmək, idxaldan asılılığı azaltmaqdır

AAAF rəhbərindən Prezidentə şok müraciət: "30 min sakini ayağa qaldırmaq istəyirlər" - VİDEO
24.09.2017, 16:40

AAAF rəhbərindən Prezidentə şok müraciət: "30 min sakini ayağa qaldırmaq istəyirlər" - VİDEO

Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR
24.09.2017, 16:00

Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA
24.09.2017, 15:55

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib
24.09.2017, 15:01

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”
24.09.2017, 14:00

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR
24.09.2017, 13:56

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR

Prezident Salyanda səfərdədir
24.09.2017, 13:28

Prezident Salyanda səfərdədir

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA
24.09.2017, 13:09

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir
24.09.2017, 12:57

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir
24.09.2017, 12:40

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”
24.09.2017, 12:33

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub
24.09.2017, 12:24

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub

Prezident Neftçalada açılışlar etdi
24.09.2017, 12:13

Prezident Neftçalada açılışlar etdi

Sabah yağış yağacaq
24.09.2017, 12:10

Sabah yağış yağacaq

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb
24.09.2017, 11:40

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb

Həmsədrlər regiona səfər edəcək
24.09.2017, 10:55

Həmsədrlər regiona səfər edəcək

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.5%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.83%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.0%)
- Məhərrəmlık əsl İslama ziddir(34.5%)