Modern.az

“Dövlətqaçqınkom” girov ailəsinə verilən evin geri alındığını TƏSDİQLƏDİ

“Dövlətqaçqınkom” girov ailəsinə verilən evin geri alındığını TƏSDİQLƏDİ

7 Dekabr 2016, 13:36

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi erməni girovluğunda  öldürülən Həsən Həsənovun ailəsinə verilən evin geri alındığını təsdiqləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a açıqlamasında deyib ki, ailəyə dövlət tərəfindən tam təmirli ev verilmişdi:

“Həsən Həsənovun ailəsi Müşfiqabad qəsəbəsində yerləşən həmin mənzildən qəti şəkildə imtina etdi. Onlar Mehdiabad ərazisində ev istəyirdi, bizim isə orada boş mənzilimiz yoxdur. Ümumiyyətlə hazırda Bakı şəhərində mənzil tikintisi aparılmır”.

Komitə rəsmisi həmin mənzilin başqa bir məcburi köçkün ailəsinə verilməsinə belə aydınlıq gətirib:

“Hazırda boş mənzil yoxdur. Əməkdaşlarımız neçə ay rəhmətlik Həsənin ailəsinin o evə köçəcəyini gözlədi, amma onlardan səs çıxmadı. Ona görə də mənzil  ehtiyacı olan ailəyə verildi”.

Həsən Həsənovun qardaşı Nail Həsənov Modern.az-a evin “Dövlətqaçqınkom” tərəfindən geri alındığını açıqlayıb. O, Müşfiqabad qəsəbəsində yaxınları olmadığı üçün qardaşının yoldaşı və iki qızının oradakı mənzilə köçə bilmədiklərini deyib. Ailə həmin evin Mehdiabad qəsəbəsindəki mənzillə dəyişdirilməsini xahiş etsə də, ev onların əlindən birdəfəlik alınıb.

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi