Modern.az

Sirkədən zəhərlənən 8 nəfər ölüb

Sirkədən zəhərlənən 8 nəfər ölüb

7 Dekabr 2016, 13:41

“Bu il sirkə turşusu ilə zəhərlənmə ilə bağlı 8 nəfər dünyasını dəyişib”.

 

Modern.az-ın məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov jurnalistlərə açıqlamasında deyib.

A.Maqsudov qeyd edib ki, sirkə turşusundan zəhərlənmə ilə əlaqədar hər ay 5-7 müraciət daxil olur: “Həyatını itirən xəstələr xəstəxanaya çox ağır vəziyyətdə gətirilib. Bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yay mövsümündə zəhərli göbələkdən zəhərlənmə ilə bağlı 26 xəstə müraciət edib və onlar arasında heç bir ölüm hadisəsi olmayıb”.

 

Onun sözlərinə görə, ilan sancması ilə bağlı isə bu il 114 xəstə müraciət edib.

Baş toksikoloq bildirib ki, intihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir:

 

“Bu rəqəm bütün illər ərzində 3-4% olur. Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişə zəminində baş verir. İl ərzində 68 uşaq zəhərlənmə ilə müraciət edib ki, onlardan 42 nəfəri dərman, qalanları isə dəm qazından zəhərlənmələrdir”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi