Modern.az

Hamburq görüşü barədə razılıq əldə olunmayıb – RƏSMİ

Hamburq görüşü barədə razılıq əldə olunmayıb – RƏSMİ

Aktual

7 Dekabr 2016, 14:32

Dağlıq Qarabağla bağlı Hamburqda 3+2 formatında görüş imkanı müzakirə olunub, amma yekun razılaşma hələ əldə olunmayıb.

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu formatda görüşə Ermənistan tərəfinin razılıq vermədyini demişdi.

E.Məmmədyarov həmçinin bildirib ki, Bakı Fransa tərəfinin Dağlıq Qarabağ münaqişəsi üzrə gözlənilən görüşün Hamburqda 3+2 formatında keçirilməsi təklifini dəstəkləyir.

Qeyd edək ki, dekabrın 8-9-da Hamburqda ATƏT XİNŞ-in iclası keçiriləcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar