20 fevral 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Əli Həsənovdan deputatların köçkünlərlə bağlı təklifinə ETİRAZ: “Bilmədiyinizi danışmayın!”
Əli Həsənovdan deputatların köçkünlərlə bağlı təklifinə ETİRAZ: “Bilmədiyinizi danışmayın!”
07.12.2016, 17:14

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlunun Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusunun ləğvi barədə təkliflərinə sərt reaksiya verib.

Modern.az-ın xəbərinə görə, Əli Həsənov deyib ki, dünən mətbuatda deputat Çingiz Qənizadənin və Hikmət Babaoğlunun qaçıqnaların statusi ilə bağlı fikirləri ilə tanış olub və bu, onda narazılıq yaradıb:

“Deputatların qaçqın və məcbur köçkünklərin statusları ilə bağlı açıqlamaları həqiqətən də ciddi narazılıq yaradıb. Kimsə qaçqın və məcburi köçkünlər danışırsa, indiki mövcud vəziyyəti bilib danışmalıdır. Ən azı heç olmasa bu işi bilənlərə suallarla müraciət etməlidir. Son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir? Mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Amma yenə də ölkə başçısı əhalinin bu təbəqəsində xüsusi diqqət yetirir. Ona görə də qaçqın və məcburi köçkünlərin problemlərinə toxunarkən hamı diqqətli olmalıdır.

Ümumiyyətlə status siyasi və hüquqi məsələdir. Bu, beynəlxalq idarəçilk sənədidir. Onu biz milli qanunvericiliyimizə uyğun qəbul edərək, özümüzünkünə çeviririk. Qaçqın və məcburi köçkünlərə isə güzəşt dövlətin milli və daxili məsələdir. Burda kimsə deyə bilər ki qaçqın və məcburi köçkünlərə güzəştlər statustdan doğur. Xeyr, bu statusdan irəli gəlməyə də bilər. Dövlətin öz işidir. Ona görə də bunları qarışdırmaq lazım deyil. Biz hər gün necə Ermənistan mətbuatını izləyiriksə ermənilər də bizimkini izləyir.

Mən əminəm ki, növbəti beynəlxalq tədbirlərdə onlar deyəcəklər ki Azərbaycan tərəfi qaçqınların status məsələsinə baxmaq istəyir. Ona görə də belə həssas məsələlərdə diqqətli olaq. Axı bilməyib soruşmaq eyib deyil? Biz bu gün 1 milyon 200 mindən çox artıq qaçqını niyə narahat etməliyik? Onlar onsuz da narahat və hər bir şeylərini itirmiş insandırlar. Bəlkə səsim uca çıxır, amma mən qışqırmaq istəmirəm. Sadəcə olaraq emosional insanam. Belə həssas məsələlərlə bağlı sakit danışa bilmirəm.

Deputatların mediada açıqlaması ciddi narazıçılıq yaradıb. Problemi bilmədən, araşdırmadan mövqe bildirmək düz deyil. Baxmayaraq bu kateqoriya insanlar ölkənin ən zərif və həssas təbəqəsidir. Ölkə başçısı da bu təbəqəyə çox həssaslıqla yanaşır”.

 Deputat Çingiz Qənizadənin “Dövlətqaçqınkomda”kı yeyintilərlə bağlı açıqlamasına gəldikdə komitə sədri deyib ki, hər kəs öz adından danışmalıdır.

“Yemək, qaz, elektrik enerjisi ilə qaçqınlara verilən vəsaitlərlə bağlı fərqin olmasını dilə gətirib: “Təbii ki, bu fərq olacaq. Çünki qaçqının bir hissəsi bulaq suyundan və kanal suyundan istifadə edir. Niyə də bu fərq olmasın? Bir qism qaçqınlar isə qazla təmin olunmayıb. Təbii ki, fərq olacaq. Sabah da müxalifət götürüb yazacaq ki. “Qaçqınkomda” yeyinti var””.

Əli Həsənov deyib ki, qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda qəarar olacaq.

“Bunu siz də görəcəksiniz. Ancaq bunun maliyyə çətinliyi ilə heç bir əlaqəsi yoxdur”.

Əli Həsənov deyib ki, qaçqın və məcburi köçkünlər müstəqil həyat tərzinə uyğunlaşdırılmalıdır:

“Məqsəd qaçqınları müstəqil həyat tərzinə uyğunlaşdırmaqdır. O insanlara sərf olunan bir neçə milyonu dövlət istənilən yerdən tapıb çıxara bilər. Sabah torpaqlar azad olunandan sonra onlar qayıdıb öz torpaqlarında adaptasiya dövrünü keçməlidirlər”.



Ağa AKİFOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
20.02.2017, 00:54

İran Yaxın Şərqdə Rusiya ilə alyans yaradır

20.02.2017, 00:42

Kolumbiyada partlayış: 1 ölü, 31 yaralı

20.02.2017, 00:26

Kiyevdə polislə etirazçılar arasında toqquşma

20.02.2017, 00:12

Antena qurmaq istəyən ağır xəsarət aldı

19.02.2017, 23:50

Minlərlə gürcü "Rustavi 2"yə dəstək aksiyası keçirdi

19.02.2017, 23:36

XİN-in daha bir əməkdaşı xaricdən siyasi sığınacaq istədi

19.02.2017, 23:28

Avropalı partiya sədrləri Dağlıq Qarabağa səfərdədir

19.02.2017, 23:23

Jurnalistlər vergi qanunvericiliyi ilə bağlı məlumatlandırılıb - FOTO

19.02.2017, 23:09

Mobil telefonla radarların yerini müəyyənləşdirməyin CƏZASI YOXDUR - VİDEO

19.02.2017, 22:50

Yol polisinə kobudluq edən sürücü həbs edilib

19.02.2017, 22:36

Cüdoçularımız birinci oldu

19.02.2017, 22:18

Daha 79 İŞİD silahlısı məhv edilib

19.02.2017, 22:06

İlham Əliyevin Almaniya səfəri yekunlaşıb

19.02.2017, 22:01

ATƏT-in Baş katibi: “Prezidentlərin yeni görüşü aktual deyil”

19.02.2017, 21:50

"Tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir" - İlham Əliyev

19.02.2017, 21:38

"Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz"

19.02.2017, 21:26

“Demokratiya koofisenti”  adlı mobil əlavə yaradılır

19.02.2017, 21:16

Bakı səmasında müəmmalı obyekt - VİDEO

19.02.2017, 21:01

Bakının mərkəzindən pulsuz konsert - VİDEO

19.02.2017, 20:49

"Hizbullah" təhlükəli silah əldə edib

19.02.2017, 20:42

ABŞ-ın erməni səfiri Bakıya səfərindən DANIŞDI: “Azərbaycanlılar çox təəccüblənmişdilər”

19.02.2017, 20:29

Qurbanov məğlub komandasından da razı qaldı

19.02.2017, 20:15

Cəlilabaddakı qəzada məktəb direktoru öldü - Yenilənib

19.02.2017, 20:01

"Qarabağ" "Qəbələ"yə məğlub oldu - Yenilənib

19.02.2017, 19:41

Somalidə partlayış: 35 ölü

19.02.2017, 18:12

Cocuq Mərcanlıda 120 qəlpə tapıldı  

19.02.2017, 17:06

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.

19.02.2017, 16:58

Ramil Usubov Ukraynanın baş prokurorunu qəbul edib.

19.02.2017, 16:32

Yanvarda Azərbaycanda 164 min tonadək dizel yanacağı istehsal edilib

19.02.2017, 15:36

“Xocalıya ədalət” kampaniyasına dəstək məqsədilə silsilə tədbirlər keçiriləcək

19.02.2017, 14:57

"Türkiyə Dağlıq Qarabağda keçiriləcək "referendum"un nəticələrini əsla tanımayacaq"

19.02.2017, 13:52

"İran nüvə silahı istehsal etməyə hazırlaşmır"

19.02.2017, 13:10

İranda gərginlik: hökumət istifaya çağırıldı- FOTO, VİDEO

19.02.2017, 12:32

Xocalı sakini 1992-ci ilin 19 fevralından danışır: “Həyəcandan azad olunacağımız günü gözləyirdik”

19.02.2017, 12:04

Sabah hava necə olacaq?

ARXİV