Modern.az

İki ayda Təhsil Nazirliyinə 62 şikayət daxil olub

İki ayda Təhsil Nazirliyinə 62 şikayət daxil olub

4 Noyabr 2009, 17:47

Cari ilin sentyabr və oktyabr aylarında Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə 62 müraciət daxil olub. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, daxil olan müraciətlərdən 3-ü sorğu xarakterlidir.

“Qaynar xətt” (496-34-82; 496-37-61; faks 496-37-61; e-mail: [email protected]) xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır. Bakı şəhərindəki ümumtəhsil məktəblərindən 29, məktəbəqədər tərbiyə müəssisələrindən 7, Gəncə və Mingəçevirdəki ümumtəhsil məktəblərindən 1, Abşeron rayonundakı ümumtəhsil məktəblərindən 3, Yardımlı, Masallı və Quba rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 2, Biləsuvar, Şamaxı, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Xaçmaz, Zaqatala rayonlarının hər birindən 1 müraciət daxil olub.

Bu müraciətlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində yaranan problemlərdən, müəllimlər arasında dərs yükünün bölgüsü, valideynlərin yaşayış yerinin dəyişməsi ilə bağlı şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, dərsliklərlə təminat, müəllimlərin əmək haqqının hesablanması, məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulu və s. məsələlərindən bəhs olunub.

Müraciətlərdən 1-i 3 saylı Bakı peşə liseyinə şagird qəbulu ilə bağlı olub. Şəki Dövlət Texniki Kolleci, Mingəçevir Tibb məktəbi və “Odlar yurdu” özəl kolleci ilə əlaqədar müraciətlərdə tələbələr sırasına bərpa, diplomun verilməsi və təyinat bölgüsü ilə bağlı məsələlərdən söz açılıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı