Modern.az

Əli Həsənov qaçqınlara olan münasibəti PİSLƏDİ

Əli Həsənov qaçqınlara olan münasibəti PİSLƏDİ

7 Dekabr 2016, 17:35

“Vaxtı ilə Dağlıq və Aran Qarabağda yaşayan və bu gün qaçqın və məcburi köçkün halına düşmüş insanlara bu gün nəyə görə bu cür münasibət qoyulur? Vaxtı ilə o insanların zəhməti hesabına Azərbaycan kənd təsərrüfatı malları ilə təmin olunub”.

 

Modern.az-ın xəbərinə görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 

Əli Həsənov bildirib ki, həmin rayonlar və insanlar vaxtı ilə qatarlarla, vaqonlarla qatığı, əti, südü, pendiri Bakıya daşıyırdılar:

 

“Nə üçün bu gün onlara başqa cür baxmalıyıq?! Bunlar Azərbaycan vətəndaşı, azərbaycanlıdırlar. Bunlara nə üçün belə yanaşılır? Görünür bu, təsadüf deyil. 2006-cı ildə də qaçqın və məcburi köçkünlərə qarşı bu cür kampaniya başlamışdı və onun nəticələri də başqa cür oldu. Qaçqınlara qarşı bugünkü münasibət hesab edirəm ki, təsadüfü deyil.

 

Amma bilməlisiniz ki, son 20-25 ildə qaçqın və məcburi köçkünlərin içərisində ictimai-siyasi sabitliyi heç bir qurum daxil olub poza bilməyib.

 

Çünki Ulu öndər Heydər Əliyev tərəfindən də bu sahə xüsusi qorunur və idarə olunurdu. Bu gün də möhtərəm cənab prezident İlham Əlitev tərəfindən bu davam etdirilir. Bunu bilməlisiniz və açıq şəkildə bəyan edirəm”-deyə Əli Həsənov bildirib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir