Modern.az

Komitə sədrindən sual: “Azərbaycan üçün neçə səfirlik lazımdır?”

Komitə sədrindən sual: “Azərbaycan üçün neçə səfirlik lazımdır?”

7 Dekabr 2016, 17:40

“Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndliyi fəaliyyət göstərir. Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəklik lazımdır? Bu səfirlik, konsulluq, nümayəndəliklərin işinin səmərəlilik məsələsi müzakirə olunmalıdır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasınındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov parlamentin iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, bu istiqamətdə prioritetlər müəyyən olunmalıdır:

 

“Avstiya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir. Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır. Amma səfirliklərin sayı artırılmır.

 

Hesab edirəm ki, post-neft siyasətinə keçid yalnız, iqtisadi modelə aid olmamalıdır. Bu, o cümlədən xarici əlaqələrə də aid olmalıdır. Biz bu istiqamətdə təhlillər aparmalıyıq. Bu təhlil səfirliklərin, konsulluqların, nümayəndəliklərin fəaliyyəti və onlara aid ayrılan vəsait üzərində olmalıdır”.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır