Modern.az

Qəzalı binalarla bağlı təkliflər prezidentə təqdim olunacaq

Qəzalı binalarla bağlı təkliflər prezidentə təqdim olunacaq

Aktual

7 Dekabr 2016, 17:51

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın və məcburi köçkünlərin yaşadığı qəzalı vəziyyətdə olan binalarla bağlı məsələyə münasibət bildirib.

 

Modern.az-ın xəbərinə görə, Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında deyib ki,  hazırda Bakı şəhərində qaçqın və məcburi köçkünlərin yaşadığı 115 binanın qəzalı vəziyyətdədir:

 

“Bəzən çıxışlarda qeyd olunur ki, onların problemi həll olunmur. Bakıda qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir.

 

Artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən 51 bina ilə bağlı rəy verilib. Bu binalarda hər an təhlükə baş verə bilər. Cənab Prezident həmişə qaçqın və məcburi köçkünlərin problemlərinə çox ciddi yanaşaraq, gündəlik bu problemlərlə məşğul olub. Mən 9 aylıq sosial-iqtisadi yekunlarla bağlı keçirilən iclasda bu məsələ ilə bağlı məlumat vermişəm.

 

Prezident 51 qəzalı binada yaşayan qaçqın və məcburi köçkünün problemini həll etmək istiqamətində maliyyə naziri Samir Şərifova və mənə tapşırıq verib. Büdcə müzakirələrindən sonra təkliflər hazırlanacaq və Prezidentə təqdim edəcəyik”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür