Modern.az

Bahar Muradova iş adamlarına SƏSLƏNDİ

Bahar Muradova iş adamlarına SƏSLƏNDİ

Aktual

7 Dekabr 2016, 18:55

“2017-ci ilin büdcəsi Azərbaycanın gələn ildəki vəzifələrini yerinə yetirmək üçün mövcüd reallıqlara uyğun şəkildə hazırlanıb”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirələri zamanı deyib.

 

Büdcədə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı sahələrə ayrılan vəsaitlə bağlı fikirlərini bildirən B. Muradova deyib:

 

“2017-ci ildə bu sahəyə ayrılan vəsait büdcənin 24 faizini təşkil edir ki, bu da ötən illə müqayisədə 2.1 faiz artıqdır. Bütün bunlar növbəti ildə də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas prioritet istiqamət kimi qarşıya qoyulduğunu göstərir.

Təbi ki, bu da təsadüfi deyil. Ötən il baş verənlər, xüsusilə də aprel hadisələrindən sonrakı durum, danışıqlar prosesindəki mövcud vəziyyət, Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin bu istiqaməti daim diqqət mərkəzində saxlanmasını və inkşafını labüd edir.

 

Çünki, son nəticədə bu məsələnin həllində Azərbaycanın öz gücünə istinad etməli olduğuna inam getdikcə daha da möhkəmlənməkdədir. Burada həm ordunun qüdrətinin gücləndirilməsinə, həm bu sahədə çalışan, xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatının, onların maddi və sosial durumunun yaxşılaşdırılması, həm də ordunun təminatı və müdafiə sənayesinin inkişafı nəzərdə tutulur.

 

Hesab edirəm ki, beynəlxalq aləmdə hərbi sursat istehsalı edən ölkələr sırasında Azərbaycanın rolunun artması, ölkəmizin doğru yolda olduğunu göstərir.

Azərbaycan lazım gəldikdə öz istehsalı olduğu silah-sursatdan ölkənin ərazi bütövlüyünün və müdafiəsini təmin etmək üçün istifadə edəcək”.

 

Bu yaxınlarda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə getdiyini xatırladan Milli Məclisin sədr müavini Füzuli rayonunda tikilən şəhərciyi xüsusi vurğulayıb: “Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial vəzyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu addımlar həyat şəraitinin yaxşılaşdırılmasını istəyən digər qaçqın və məcburi köçkünlərdə ümid doğrur, stimul yaradır. Vətəndaşlarımızın regiona qayıdıb, orada məskunlaşması, xüsusilə bu yerin dirçəldilməsi ilə bağlı həyata keçirilənlər işləri xüsusi qeyd etmək lazımdır. Dövlətin ayrıdığı vəsait hesabına çoxlu sayda obyektlər tikilib infrsturuktur yaradılıb. Yeni iş yerlərinin açılması üçün kommunal xidmətlər, yol nəzərdə tutulub. Hesab edirəm k,  indiki şəraitdə burada əhalinin yaşması və dayanıqlı inkişafa nail olunması üçün addımlar atılmalıdır.

 

Bu addımlar yeni iş yerlərinin açılması ilə bağlı olmalıdır. Regionların tarazlı inkişafı ilə bağlı ciddi siyasət yeridilir. Amma düşünürəm ki, həmin bölgələrdə aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinə etiyac var. Bundan başqa xidmət sahəsinə güzəştli kreditlər ayrıla bilər ki, bu da yeni işlə yerlərinin açılmasına imkan yarada bilər. Bütün bunları dövlətin hesabına etmək düzün deyil. Azərbaycanda çoxlu sayda iş adamları var. Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların məşğuluğunu təmin etmək, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək eləcə də yeni iş yerlər açmaq üçün addımlar atmaq lazımdır. Bunun üçün həm mərkəzi həm də yerli icra orqanları lazımı addımlar atmalı, şərait yaradılmalıdır”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır