Modern.az

Türkiyədən rəsmi Berlinə etiraz

Türkiyədən rəsmi Berlinə etiraz

7 Dekabr 2016, 20:36

Almaniyanın Ankaradakı səfiri Mertin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfir Türkiyə parlamentinin vitse-spikeri Ayşe Nur Bahçekapılının Almaniyada aeroportda saxlanılması ilə əlaqədar çağırılıb.

 

Türkiyə mənbələrinə görə, diplomatik pasportunu oğurladan vitse-spiker hava limanında hüquq mühafizə əməkdaşlarının kobud davranışı ilə qarşılaşıb, daha sonra isə saxlanılıb.

 

Almaniya səfirinə hadisə ilə bağlı Türkiyə XİN-nin narazılığı çatdırılıb.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər