Modern.az

Təyyarə qəzasında ölən 36 nəfərin meyiti tapılıb

Təyyarə qəzasında ölən 36 nəfərin meyiti tapılıb

7 Dekabr 2016, 21:04

Pakistanda qəzaya uğrayan təyyarənin qalıqları tapılıb. Modern.az saytı xəbər verir ki, xilasedicilər təyyarənin qalıqları altından 36 nəfərin meyitini çıxarıb.

Pakistan ordusunun mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, hazırda xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, bu gün Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə Havelian şəhəri yaxınlığında baş verib. Təyyarədə 42 sərnişin və 5 ekipaj üzvü olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?