Modern.az

Fındıqçılığın inkişafına 700 min manat xərclənəcək

Fındıqçılığın inkişafına 700 min manat xərclənəcək

7 Dekabr 2016, 21:17

Azərbaycanda 40 min hektar ərazidə yeni fındıq bağının salınması nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu il 10240 hektar sahədə yeni fındıq bağları salınıb.

 

2016-cı ildə Zaqatala, Balakən və Qusar rayonlarında digər rayonlardan daha çox fındıq tingləri əkilib. Ümumilikdə ölkə üzrə 12 rayonda yeni fındıq bağlarının salınması nəzərdə tutulub.

 

Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə 700 min manat vəsait ayrılıb. Vəsait yeni fındıq bağlarının salınması üçün ting yetişdirən fermerlərə subsidiya kimi veriləcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı