Goranboy rayonunda pambıq məntəqəsində yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 4 ədəd panbıq tayasının səthləri ümumilikdə 15 ton yanıb.
Pambıq tayalarının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az