Modern.az

"Qarabağ" son məşqinə çıxıb

"Qarabağ" son məşqinə çıxıb

7 Dekabr 2016, 23:08

Dekabrın 8-də futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda üz-üzə gələcək "Qarabağ" (Ağdam) və İtaliyanın "Fiorentina" (Florensiya) komandaları oyundan əvvəl son məşqə çıxıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, Azərbaycan təmsilçisinin hazırlıq prosesi "Azersun Arena"da baş tutub. Zədəli olan Rəşad Sadıqov fərdi məşq edib.

"Fiorentina"nın hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Məşqi bir qrup italiyalı azarkeş də izləyib.

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır