Modern.az

"Bu ilki çıxışımızdan razıyıq" - Baş məşqçi

"Bu ilki çıxışımızdan razıyıq" - Baş məşqçi

7 Dekabr 2016, 23:22

"Bu ilki çıxışımızdan razıyıq. Ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrupuna düşdük. Bizim üçün bu böyük hadisə, böyük nailiyyətdir. Bütün bunlara sevinirik". Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin VI turunda "Maynts”la baş tutacaq Almaniyadakı oyundan öncə bu gün keçirilən mətbuat konfransında bildirib.

Ukraynalı mütəxəssis sabah top-çempionatda iştirak edən komanda ilə görüşəcəklərini söyləyib:

"Bizim üçün bu da bir hadisə, nə isə öyrənmək üçün şansdır. Yüksək səviyyəli bir rəqiblə qarşılaşmaq imkanı əldə etmişik. Bunda yalnız müsbət məqamlar görürük. Belə imkandan tam yararlanmağa çalışacağıq. Qrupda 5 oyun keçirib, qalib gəlməmişik və aydın məsələdir ki, mərhələni adlaya bilmədik. Lakin buna üzülməyə dəyməz. Çünki hər şeyə real yanaşırıq. Komandada hələ çox şey çatmır. Biz nəyin kifayət etmədiyini başa düşürük. Qrupda qarşılaşdığımız rəqiblərin səviyyəsinə yaxınlaşmaq üçün hələ çox çalışmalıyıq. "Maynts”, "Anderlext” və "Sent-Etyen” güclü çempionatlarda çıxış edir. Biz bu komandalarla fərqli qütblərdəyik. Lakin bu haqda düşünüb, təslim olmuruq".

Qriqorçukun fikrincə, komandasının cari mövsümkü çıxışı zamanı inkişaf diqqət çəkir:

"Onlarla ilk qarşılaşmalarda bütün komponentlərdə fərq çox böyük və aşkar idisə, ikinci matçlarda daha yaxşı təsir bağışladıq. Həmin matçlarda bərabər mübarizə apardıq və hadisələrin uğurlu axarında xal qazanıb, qələbə də əldə edə bilərdik. Onda hesabımızda da çox xal olardı. Nəticələrimizlə bağlı mənfi hisslərimiz yoxdur. Yüksək səviyyədə oynamaq imkanından özümüz üçün mümkün qədər yararlandıq. Çox şey öyrəndik, təcrübə topladıq. Bir az təəssüf hissi var ki, son iki oyunda - "Sent-Etyen” və "Anderlext”lə görüşlərdə xal qazana bilmədik. Futbolda inkişafdan danışmaqla yanaşı, bunu qazanılan xalla da təsdiqləmək vacibdir”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər