Gəncədə qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binanın 7-ci mərtəbəsində olan mənzildə qeydə alınıb. Belə ki, həmin mənzildə yaşayan 1989-cu il təvəllüdlü Səadət Verdiyeva boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Qadının kim tərəfindən öldürülməsi hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Modern.az