23 yanvar 2017, Bazar ertəsi
Ana Səhifə - QARABAĞ - Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR
Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR +
08.12.2016, 10:46

Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!

 

Çingiz Hüseynovun “Минувшее – навстречу” (“Mənə sarı addımlayan keçmişim”)memuarının “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.

 

Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.

 

Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istədim.

 

Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.

 

SSRİ ilə münasibətlərin yumşalmasından istifadə edən ABŞ-dakı erməni diasporu sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.

 

36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.

 

Kitabdan oxuyaq:

 

“- Xruşşov: “Məruzəçiyə kimin sualı var?”

– Mikoyan Hacıyevə “sən” deyə müraciət edərək: “Sən qatı millətçiymişsən ki! Sənə belə bir vəzifəni necə həvalə ediblər?”

– Xruşşov Mikoyana: “Şəxsiləşdirmə, mövqeyini bildir”.

– Mikoyan: “Beynəlmiləlçilik prinsipindən çıxış edərək, hesab edirəm ki, erməni diasporunun xahişini yerinə yetirməliyik, xüsusilə, Amerika ilə dostluq münasibətlərimizin yarandığı indiki vaxtda bu, əhəmiyyətlidir”.

 

Nazim Hacıyevin inadlı dirənişiylə keçən uzun müzakirələrə Xruşşov belə yekun vurur: “Sərhədlərə əl vursaq bir “bardak” yaranar ki, sümükləri yığışdıra bilmərik. Odur ki, sovet ailəsində dostcasına yaşamağa davam edək”.

 

Anlaşılan odur ki, Qarabağın elə o vaxt Ermənistana verilməsi üçün hər cür “beynəlmiləl zəmin” varmış. Sonralar bütöv bir xalqın qoruya bilmədiyi Qarabağı Nazim Hacıyev tək canına, həyatı bahasına qoruya bilib. Həmin iclasda yaşadığı stress, sonrakı basqı, təhdid və təqiblər öz işini görüb – çox çəkməyib, Nazim Hacıyev yatağa düşüb, vəfat edib. Bəlkə də ölümü sürətləndirən başqa səbəblər də olub.

 

Dil, milli adət-ənənə, vətən təəssübü çəkən bu siyasi xadimlər daha yüksək vəzifələr tutacaqdı. Kremlə isə təəssübkeş milli kardlar lazım deyildi!

 

Gənc bir partiya xadiminin qoca kommunist “başyeyən”lərlə döş-döşə gəlməsi rəğbət duyğusu yaratmaya bilməzdi. “Nazim Hacıyev” yazıb axtarış saytlarına baş vurdum. Yalnız Vikipediyanın ruscası onun haqqında bioqrafik məlumat dərc edib.

 

Azərbaycan türkcəsində isə tək-tük halda rastladım, məsələn, Əziz Mirəhmədov, Cəmil Əlibəyov, İlyas Tapdıq, Nodar Şaşıqoğlu məqalə və müsahibələrində onun adını çəkiblər. Osman Mirzəyevin ondan bir oçerk yazdığını da oxudum, öçerkin özünü tapmasam da. Bakıda 400 metrlik bir küçə də var “Nazim Hacıyev” adında, amma bilmədim həmin adamdırmı!?

 

Kinomuzun “Mixaylo”su Nodar Şaşıqoğlunun müsahibəsindən:

 

“O zaman Nazim Hacıyev adlı bir şəxs vardı. Mərkəzi Komitədə təbliğat və təşviqat üzrə katib idi. Yəqin, daha böyük vəzifə tutacaqdı. Vaxtsız ölüm imkan vermədi. Mən onun xatirəsini həmişə əziz tuturam. Bu insan Azərbaycan incəsənətinə o qədər can yandırırdı ki, hər bir sənət xadiminin necə yaşadığını, nəyə ehtiyacı olduğunu xırdalığına qədər bilirdi və kömək eləyirdi. O cümlədən mənim evlə təmin olunmağıma da kömək etdi”.

 

İçində həqiqət bildiyinə sadiqliyin varsa, hansı ideologiyaya qulluğun önəm kəsb eləmir, ideologiyalar da hakimiyyətlər kimi gəldi-gedərdi. Əsas odur ki, bu günkü şüar vətənpərvərliyi zamanında əsl vətənsevərləri seçə bilək, onları tanıyaq, yad edək, örnək göstərək.

 

Xüsusən də Xuruşşov dövrünün Qarabağ şəhidi – Nazim Hacıyev kimi tanınmayanları!

 

Vahid Qazi

 

P.S. Nazim Hacıyevin oğlu professor Aydın Hacıyev Rusiyanın Arxangelsk şəhərində yaşayır. Onu qohumu Hikmət Hacızadənin bələdçiliyilə feysbukda tapdım. Atasının şəkillərini istədim. Göndərdi. Hələ üstəlik atası haqda yazdığı ”Все понять, но не всепростить” adlı kitabını göndərəcəyini də söz verdi. Aydın müəllimdən aldığım fotoları dərc edirəm.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.01.2017, 12:21

Qırmızı Xaç Komitəsindən meyiti ermənilərdə qalan əsgərimiz haqda yeni AÇIQLAMA

23.01.2017, 12:15

Füzulidə yas mərasimlərindəki israfçılığa son qoyulub

23.01.2017, 12:12

Dollar BAHALAŞDI: 1.86 AZN-ə YAXINLAŞDI

23.01.2017, 12:12

Kanada vətəndaşı olmaq asanlaşacaq

23.01.2017, 12:08

Köçkünlərin güzəştləri LƏĞV EDİLİR

23.01.2017, 12:07

Prezident hökumət əleyhinə etirazlara dəstək verdi

23.01.2017, 11:58

“Azərbaycanlı jurnalistin Lavrova verdiyi sual ola bilsin ki, uğurlu deyildi”

23.01.2017, 11:51

Moskva aeroportlarında 36 reys təxirə salınıb, 11-i gecikir

23.01.2017, 11:50

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? - Səfirlikdən AÇIQLAMA

23.01.2017, 11:35

“The Washington Times”: Tramp Qarabağ məsələsini həll edib Nobel ala bilər  

23.01.2017, 11:31

Tanınmış jurnalist Çingiz Sultansoy Almaniyadan sığınacaq aldı

23.01.2017, 11:16

BP-nin vitse-prezidenti BANM-da

23.01.2017, 11:10

Prezident yeni hərbi şəhərciyin açılışında iştirak edib

23.01.2017, 11:03

Qarabağda 4-cü uşağı olan ermənilərə 4 min dollar hədiyyə

23.01.2017, 10:56

Türkiyədə başqanlıq sistemi - Siyasi araşdırmaçılar nə deyir?

23.01.2017, 10:48

Azərbaycanın  ATƏT-dəki Daimi Nümayəndəliyinin BƏYANATI

23.01.2017, 10:43

Kapital Bank 20 000 manatadək nağd pul krediti təklif edir

23.01.2017, 10:39

Ermənilər cəbhədə itki verdilər

23.01.2017, 10:38

Cəbhədə monitorinq olacaq

23.01.2017, 10:36

Keçmiş prezident 11 milyon dolları götürüb ölkədən qaçdı

23.01.2017, 10:36

Nazir qaranlıqda qaldı

23.01.2017, 10:03

Gülər Əhmədova HİRSLƏNDİ: “Yerə soxum sizi, tupoylar”

23.01.2017, 09:57

Azərbaycanda meyitdən orqan köçürmək 2 qayda əsasında mümkün olacaq

23.01.2017, 09:50

Trampın xanımının çılpaq şəkilləri nümayiş ediləcək

23.01.2017, 09:48

Cəbhədə erməni TƏXRİBATI...

23.01.2017, 09:39

Tramp Netanyahunu Vaşinqtona dəvət etdi

23.01.2017, 09:33

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

23.01.2017, 09:27

Bu gün AŞPA-nın qış sessiyası BAŞLAYIR

23.01.2017, 09:22

Azərbaycanda siqaret çəkənlərin STATİSTİKASI

23.01.2017, 09:20

İmişlidə binada yanğın: 2 nəfər təxliyə olundu

23.01.2017, 08:52

“Dolların ucuzlaşmasına ümid etmək sadəlövhlükdür”

23.01.2017, 00:56

Qar uçqunu 3 nəfərin həyatına son qoyub

23.01.2017, 00:43

"Azadlıq" qəzetinin rəhbəri ölkəni tərk edib

23.01.2017, 00:30

AŞPA-nın qış sessiyası bu gündən öz işinə başlayır

23.01.2017, 00:16

İstanbula uçan təyyarə İranda məcburi eniş edib

ARXİV